Keşnişin orqanizmə 6 faydası - Bol-bol yeyin, smuzi düzəldib için
Mətbəxdə geniş iştifadə olunan göyərti növü
keşniş yalnız kulinariyada deyil, həmçinin digər sahələrdə - tibdə,
aromaterapiyada, kosmetologiyada geniş istifadə edilir. Onun
toxumlarından, yaşıl hissələrindən və köklərindən bir çox məqsədlər
üçün istifadə edilir.
Tərkibində bol miqdarda üzvi turşular, efir yağları, vitaminlər,
mikro və makro elementlər var.
Mətbəxdə geniş istifadə etdiyimiz ətirli keşniş bitkisinin
müalicəvi xüsusiyyətlərini təqdim edirik:
1. Xolesterinin səviyyəsini aşağı salır
Keşnişin yarpaqlarında koriandrin maddəsi var ki, bu da yağ
mübadiləsini tənzimləyərək "zərərli" xolesterinin miqdarını
azaldır.
2. Ürəkbulanmanı aradan qaldırır
Keşniş bioloji aktiv maddələrlə zəngindir. Bu xüsusiyyəti sayəsində
o, mədə pozulmasının qarışısını alır, ürək bulanması və qusmanı
aradan qaldırır.
3. Sümükləri möhkəmləndirir
Keşniş kalsium mənbəyidir. Buna görə də o, sümüklərin möhkəm olması
üçün çox vacibdir. Bu bitki sümüklərin əriməsinin qarşısını alaraq
osteporozun əmələ gəlməsini aradan qaldırır.
4. Əsəbləri sakitləşdirir
Müasir zamanda insan demək olar ki, hər gün stressə məruz qalır.
Keşnişin tərkibində olan sedativ xüsusiyyətə malik sakitləşdirici
maddələr stressin əlamətlərini aradan qaldıraraq insanı rahatladır.
Buna görə də əsəbi insanlar bu göyərtidən bolluca istifadə
etməlidirlər.
6. Yuxuya yaxşı təsir edir
Gecələr yaxşı yatmaq istəyirsinizsə, o zaman bol keşniş yeyin.
Tərkibində B vitamini və manqnezium olan keşniş təbii
sakitləşdirici kimi təsir göstərərək bədəni və düşüncələri
rahatladır.
Keşnişli smuzi resepti
Tələb olunan ərzaqlar:
•2 fincan təmizlənmiş və doğranmış ananas
•1 ədəd dondurulmuş və doğranmış banan
•1-1,5 fincan doğranmış keşniş
•1 x/q limon şirəsi
•400 ml hind qozu südü
Bütün ərzaqları kokteyl aparatına qoyun və bircinsli kütlə alınana
qədər əzin. Alınan smuzini gün boyunca içərək daha gümrah və yüksək
əhval-ruhiyyədə qalacaqsınız.