31 yanvar üçün ulduz falı
Qoç - yaşamın xırdalıqları onları görməmək üçün yetərincə əhəmiyyətlidir. Sosial təmaslarda onlar gərginliyə səbəb olaraq münaqişə fonu yarada bilərlər. Gərginliyin "dərman"ı fiziki aktivlik, yaşam və fəaliyyət arealının nizama salınmasıdır.  Mühüm görüş və danışıqlar üçün əlverişli zaman deyil.

Buğa - bu gün yaşanacaq hadisələrdən biri gərginlik yaradacaq. Müəyyən qəti qərarlar qəbul edilməlidir, bəzi istiqamətdə yerdəyişmə olmalıdır.
Dəyişikliklər tərəfdaş münasibətlərinə də aiddir.

Əkizlər - səhər saatlarından etibarən diqqətli və zəhmətkeş olun. Çoxdan bəri yığılıb qalan və həllinə vaxt tapmadığınız işləri bitirin. Ani maraqları ön plana çıxarmayın. Kiminləsə mübahisə edərək mövqelərinizi ona sübuta yetirməyə çalışmayın.

Xərçəng - cari məsələlərin çözülməsi ilə tələsmədən, aramla məşğul olun. Fəaliyyətinizi aktivləşdirmək və fərqli etmək üçün əlverişli zamandır.
Danışıqlar aparmaq, qarşı tərəfdə xoş təəssürat yaratmaq, yaranmış şəraitdə düzgün istiqaməti seçmək indi müstəsna əhəmiyyət kəsb edir.

Şir - cari məsələlər, həllini tələb edən məqamlar indi ön planda olmalıdır. Bəzi plan və layihələrə yenidən baxmaq zamanıdır. Proses başlayıbsa, dayandırmayın. Əlavə işlər görmək, təşkilati məsələləri həll etmək olar.
Borcları qaytarın, mövcud hesabları ödəyin. Özünüzü rahat və əmin hiss edin.

Qız - yaxın gələcəkdə həll etməli olduğunuz problemlər və məsələlərin ərəfəsidir. Planlar qurun, müsbət dəyişikliklərə şübhə etməyin.
Praktik olun, amma yaradıcılıq ideyalarını unutmayın. Təfərrüatlara yetərincə fikir verin, mühüm olan heç nəyi nəzərdən qaçırmayın.

Tərəzi - təmayülləri hiss edin, cari işlərdə qayda yaradın. Verdiyiniz vədləri yerinə yetirin. Sizinlə bağlı gözləntilər çoxdur. Sizə perspektivdə daha ciddi işlərlə məşğul olmağa imkan verəcək şərait yaradın, problemləri aradan qaldırın.
İstədiyinizi yox, lazım olan işi görün.

Əqrəb - işlərdə yeni ritm tələb edən dəyişikliklərdə təkan və irəliləyişi təmin edəcək yeniliklərə diqqət yetirin. Əməkdaşlığı düzgün qurun, işləri paylaşdırın. Başqaları ilə müqayisədə dominion yox, bərabər möve tutsanız da, səmimi olun.
Bəzi məqamlarda hadisələri qabaqlamağa çalışın. Situasiya sizdən proseslərin anlamını, situasiyanın məğzini başa düşməyi tələb edir.

Oxatan - yeni işlər hazırlayın, maraqlandığınız və sizin üçün əhəmiyyət kəsb edən ideyalarla layihələrin reallaşmasına çalışın.
İşlərə səthi yanaşma yolverilməzdir.

Oğlaq - əsas diqqəti praktiki işlərə yönəldin. Yaşam arealını qaydaya salmaq üçün şans yaranıb. Yarımçıq qalmış işləri bitirin.
Yaşamınızda yaranan mövzulara fikir verin. Hazır olmadığınız işi yenidən görməyə çalışmayın. Təşəbbüs qıtlığı olduğu zamanda real uğurlar üçün yetərincə səbrə malik insanların dəstəyini almaq gərəkdir.

Dolça - aktiv və məhsuldar fəaliyyətə can atın. Kiçik problemlərə görə qıcıqlanmayın. Ətrafınızdakı insanları sərt tənqid etməyin. Kiçik, amma konkret nəticəyə hesablanmış işlər görün. İşdə rəhbərlik sizə çətin tapşırıq verə bilər.
Ümumi işdəki iştirakınızı münaqişə olmadan müəyyənləşdirin. İstirahət üçün yetərincə vaxt saxlayın. Əlahiddə ehtiyac olmadan təşəbbüsə əl atmayın. Eşitdiklərinizə ciddi yanaşın.

Balıqlar - kiçik işlər görün, qənaət rejimində çalışın. İşlər çox, vaxt azdırsa, tərəfdaş və ya dostunuzu prosesə cəlb edin. Mümkün qədər az müzakirələr edin. Yalnız yeni və faydalı nə isə əxz edə biləcəyiniz söhbətlərə qatılın.

Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google
დაიცავი დისტანცია