1 fevral üçün ulduz falı
Qoç - sizi, gerçəkdən də, maraqlandıran işlə məşğul olaraq ikinci dərəcəli işləri təxirə salın. İctimai işlərdə iştirak edin, xeyriyyə layihələrinə qatılın. Faydalı və gərəkli prosesi reallaşdırın.

Buğa - günün müsbət yönləri az deyil. Lakin ünsiyyətdə problemlər yaranacaq. Təmasda olduğunuz insanları anlamağa çalışın ki, çox kiçik məsələlərə görə mübahisələr alovlanmasın. Ünvanınıza söylənən istənilən irada sərt və qıcıqlı reaksiya verməyin. Konstruktiv tənqidə inciməyin.

Əkizlər - narahatlıq və nigaranlıq üçün səbəblər yox deyil. Lakin fəlakət saydığınız məsələ əslində xırda problemdir. Bədxahların bütün səylərinə rəğmən peşəkar fəaliyyət müstəvisində fəal olun. Orijinal addım və qeyri-standard həll tələb edən məsələlərdə uğur qazanacaqsınız. 

Xərçəng - günü planlaşdırma ilə başlayın. Təbii, bu ən sevdiyiniz məşğuliyyət deyil - amma məqsəd və tapşırıqların dəqiqləşdirilməsi olmadan gün ağır olacaq.
Mənfi təmayüllərə sinə gərməyin yeganə yolu əvvəlcədən seçdiyiniz fəaliyyət məcrası və davranış modelinə riayət etməkdir.

Şir - gün uğurlu alınacaq. Dürüst qərarlar qəbul edin. Diqqət və səliqə tələb olunan işlərdə kobud səhvlərə yol verməyin. Təxəyyülünüzü işə salın, aktiv davranın. Məlumat almaq, təhlil etmək və yaymaq, habelə hesabat və biznes-planlar hazırlamaq üçün əlverişli gündür.

Qız - müsbət təmayüllərin təsiri güclüdür. Günün ilk yarısında çətinliklər yarana bilər. Onlar sizin gərəkli olan işlə məşğul olmamaq istəyinizlə bağlıdır. İfrat dərəcədə şübhəli olmayın. Yaxın ətrafınızdakı insanların sizə təmənnasız yardım etmək istədiklərinə inanın.

Tərəzi - adi günlərlə müqayisədə işgüzar aktivlik səviyyəsini aşağı salmayın. Astagəl olmayın, məhsuldar çalışın. Həmkarlarınız, rəhbərlik, tərəfdaşlar sizi tələsdirəndə qıcıqlanmayın. Münaqişə yaratmayın. Problem varsa, onu vəziyyət ciddiləşməmiş həll edin.

Əqrəb - işgüzar tərəfdaşlarla ünsiyyətdə problemlər yarana bilər. Sözləriniz yanlış anlaşılır, ortaq məxrəcə gəlmək çətinləşir. Şəxsi münasibətlər və rəğbət hesabına təmaslar qurmaq cəhdləri uğursuzluğa düçar olur. Başqasının xoşuna gəlmək üçün nə qədər çox çalışsanız, bir o qədər güclü mənfi reaksiya ilə qarşılaşacaqsınız.

Oxatan - uğurlu və münasib gündür. Bir çox işlərin öhdəsindən gələcəksiniz. Baş verənlərə rəğmən əhvalınızı pozmayın, nikbin olun. Yaxın ətrafınızdakı insanlar sizə güvənirlər. İşdə rəhbərliklə, kommersiya layihələrində nüfuzlu insanlarla söhbətlər üçün münasib zamandır. İdeyalarınız dəstəklənəcək.

Oğlaq - çox uğurlu gündür, Yaşamınızda dəyişiklik etmək istəyirsinizsə, konkret olun. Az vaxt və səy sərf etməklə məqsədə çatmağa çalışın. Yeni gəlir mənbəyi aşkarlamaq, yaxşı pul əldə etmək olar.

Dolça - maraqlı və məhsuldar gündür. Bir yerdə oturmayın. Yaşanan proseslərə qatılın, hadisələrin aktiv iştirakçısı olun. Yeni işlərə başlamaq olar. Bir şərtlə ki, tərəfdaş və ya həmkarlarınız sizi dəstəkləsin.

Balıqlar - maraqlı gündür. Bilik, bacarıq və potensialınızı nümayiş etdirə bilərsiniz. Nüfuzlu insanlar sizi dəstəkləyəcək. Yeni müttəfiq tapa bilərsiniz. Dəvət aldığınız tədbirdə diqqət mərkəzində olacaqsınız.


Print
თეგები: Marneuli Marneulifm Ulduz fali