3 fevral üçün ulduz falı
Qoç - işgüzar mənafelərin şəxsi maraqlarla kəsişdiyi gündür. Ətrafınızdakı insanlar belə situasiyada, bəlkə də, çaşıb qalarlar. Amma siz bunu etməyin, qətiyyət və uğurla irəliləməyə çalışın. Bu gün təməli qoyulacaq tanışlıq çoxsaylı müsbət emosiyalar yaradacaq. Təmaslar peşəkar fəaliyyət baxımından da sərfəlidir.


Buğa - işlərinizdə hətta sizin üçün gözlənilməz irəliləyişlər ola bilər. Bacarıq və istedadınızın olmadığını düşünməyin. Problemləri olduğundan artıq dəyərləndirməyin. Günün hadisələri göstərir ki, çox iş görə bilərsiniz. Peşəkar fəaliyyətinizlə bağlı insanlarda özünüzə rəğbət yaradın.

Əkizlər - xəyallar və illüziyalar aləminə qapılmayın. Daha çox işlərin real durumu barədə düşünün. Təbii, arzular və xəyallar aləmində pərvaz etmək asandır. Amma inanın ki, praktiki məsələlərin həlli daha maraqlı ola bilər.

Xərçəng - birmənalı olmayan gündür. Təlaş və narahatlıq üçün ciddi səbəblər yoxdur. Lakin buna rəğmən özünüzü bədgüman, təşvişdə hiss edirsiniz. Kiçik məsələlərə görə təbdən çıxmayın, ətrafınızdakı insanları sinirləndirməyin.

Şir - işlərdə uğur olacaq. Sizə dəstək verəcək insanlara arxalana bilərsiniz. Bədxahlarınızın məkrli əməllərini faş edin, intriqaların üstünü açın. Müttəfiqlərinizə kömək etməyə hazır olun. Bu gün onların dəstəyinizə ehtiyacı var.

Qız - işgüzar aktivlik yüksək deyil. Peşəkar fəaliyyət sahəsində uğurlarınız azdır. Bu probemi aradan qaldırmağa çalışın. İşinizi başqa adam görən deyil və bunu ağlınıza da gətirməyin. Hesablarda səhvlər olarsa, işgüzar tərəfdaşlarla münaqişələr yarana bilər.

Tərəzi - intellektual fəaliyyət, çətin işlərin həlli üçün yaxşı gündür. Çevik və aktiv olun. Ən müxtəlif insanlarla dil tapın. Sizi yoldan çıxarmağa kimsəyə imkan verməyin. Yaxın ətrafınızdakı insanları yanlış dəyərləndirməyin. Mənasız və əsassız gözləntilərə qapılmayın. Köhnə əlaqələri kəsməyin. Yeni öhdəliklər və vədlərə tələsməyin.

Əqrəb - faydalı işlə məşğul ola biləcəyiniz halda özünüzə problemlər yaratmaqla məşğulsunuz. Həqiqətin gözünə dik baxın. Günün ilk yarısında çətinlik ola bilər. İşdə rəhbərliklə münasibətlərdə ciddi problemlərin yaranmasına səbəbkar olmayın.

Oxatan - gün uğurludur. Müsbət təmayüllərin təsiri güclüdür. Nə isə alınmırsa, ciddi və qətiyyətli şəkildə çalışın. Mühüm işlərin öhdəsindən sürətlə, vaxtında gəlməyə çalışın. Bacarıq və biliklərinizi göstərin. Yaxın ətrafınızdakı insanların bələd olmadıqları xüsusiyyətlərinizi nümayiş etdirin.

Oğlaq - qarşınıza qoyduğunuz məqsədlərə çatın. Ruhdan düşməyin, nikbin olun. Günün emosional fonu əlverişli olmadığından problemlərin sayı çoxdur. Pərişanlığa qapılmayın, depressiv davranmayın. Ciddi səhvlərə, kiçik, amma ağrılı fəsadlara səbəb ola biləcək yanlışlıqlara yol verməyin.

Dolça - həmfikirlərlə ünsiyyət, birgə fəaliyyət üçün yaxşı gündür. Sizi dəstəkləyən şəxslər ideyalarınızı reallaşdırmağa hazırdırlar. Sizə yardım təklif edən insanlara güvənin. Məsləhətlər çoxdur, amma öz bildiyiniz kimi davranın.

Balıqlar - bu gün ciddi uğura nail ola bilərsiniz. Liderlik məcazlarınızı nümayiş etdirin. Yaxın ətrafınızdakı insanlar sizin arxanızca getməyə hazırdırlar. Nüfuzlu insanlar da dediklərinizə qulaq asır, məsləhətlərinizi qulaqardına vurmurlar.
Print ელ. ფოსტა
თეგები: Marneuli Marneulifm Ulduz fali
FaceBook Twitter Google
დაიცავი დისტანცია