Qadınlar ideal ərlərindən NƏYİ GÖZLƏYİR?
Eşq - həyatımızın
şirin dadıdır. Müştərək həyatımızda bacardığımız qədər qarşı
tərəfin ehtiyaclarını və istəklərini ödəməyə çalışaq ki, həyatımız
olduğundan daha da şirin olsun.
Hər
hər bir kişi üçün ideal qadın o qadındır ki, ev işlərindən xəbəri
var və onu ən gözəl şəkildə yerinə yetirə bilir. Bundan başqa hər
axşam işdən evə gələndə dadlı şam yeməyi ilə yanaşı, isti ailə
mühitini də hiss etmək istəyər.
Qadın isə arzu edir ki, həyat yoldaşı ona aşiq olsun və onu himayə
etsin. O zaman ki, işdən evə gəlir, ona bir gül alsın və ya bir
şirin söz desin.
Bu gün qadınların ideallıq meyarları dəyişmişdir. Belə ki, bu gün
qadınlar evdən xaricdə çalışdıqları üçün ərlərindən gözləntiləri
daha çoxdur. Onlar istəyir ki, ərləri onlara ev işlərini yerinə
yetirməkdə yardım etsin. İndi kişilərin aldığı əmək haqqı bəzən
evin ehtiyaclarını təmin etmədiyinə görə, qadınlar da çalışmağa
məcbur olurlar. Belə olan zaman həm bayırda və həm də evdə ağır
vəzifə altına girmək onları sarsıdır. Bu müasir iş qadınları
istəyir ki, ərləri onlara ev işlərində yardım etsin və yükünün bir
hissəsini çiyninə götürsün. Ər gərək həyat yoldaşının qəm yoldaşı
olsun və onun stressini azaltsın. Qadınlar istəyir ki, kişilər
müasir həyata uyğun rəftar etsinlər.
Kişilər isə istəyir ki, həyat yoldaşları anası kimi - 30 il əvvəlki
qadınlar kimi rəftar etsin.
Stress o zaman artır ki, həqiqi olmayan gözləntilər ilə həyat
gözləntiləri bir-birinə qarışar. Ən çox gərginlik yaradan tərəf isə
qadınlardır. Bu günün qadınları analarından da ağır məsuliyyət
altında qərar tuturlar. Çünki ev işləri ilə yanaşı, həm də iqtisadi
təzyiqə də dözməlidirlər. Bundan başqa, genləri ona deyir ki, sən
qadınsan və ev işlərini sən yerinə yetirməlisən.
Kişilərin bir çoxu gözəl və səliqəli evi sevir, ancaq ev əgər
səliqəsiz olarsa, onlar üçün çox da mühüm deyildir. Mühüm olan şey
- istirahət etməkdir. Ona görə də ən çox diqqətini cəlb edən şey -
televizor və əyləşə biləcəyi divandır. Uzun bir iş günündən sonra
kişi dərin bir nəfəs alar və evinə getməyi qərara aldığı andan,
istirahət etməyə başlayar.
Lakin qadınlar bu cür deyildirlər. Qadın evinə qayıdan zaman ev
işlərini xatırlayır və stressi artır. O, çirkli qabları və
paltarları düşünür. Ona görə də evə gələn heç bir qadın istirahət
deyə bir kəlmə ilə yaxın olmaz, əksinə, istirahət deyə bir şey
olmaz. Qadın düşünür ki, əri saat 5-dən evə gəlibdir, bəs niyə ona
yardım etmir? Bu zaman gərginliklər başlayır.
Kişi dərk etməlidir ki, əgər xanımı evdən bayırda işlə məşğuldursa,
onun vəzifəsi ağırdır və bu ağır yükü azalda bilər. Ona yardım edə
bilər. Əgər əri ona yardım edərsə, bu zaman psixoloji gərginliyi
azalar. Lakin qadın nəzərə almalıdır ki, əri bir kişidir və onun da
öz ehtiyacları vardır, ona ev işlərində yardım edə bilən qadın kimi
baxmaq olmaz.
Ailədə qarşılıqlı anlaşma olarsa, hər iki tərəf razı qalar. Hər iki
tərəf razı olan zaman ailə mühiti bağçaya çevrilər ki, hər
tərəfindən gül ətri gələr.