4 fevral üçün ulduz falı
Qoç - yeni planlarla tələsməyin. Əvvəl başladığınız işi başa vurun. İşdə yeni mövqedən ən çətin sahələrə nəzər salın, ağır problemi həll etməyə çalışın. Maddi perspektivlər formalaşır. Situasiya səbr və ən müxtəlif insanlarla əlaqələr yaradılmasını tələb edir.

Buğa - nisbətən sakit gündür. Yeni işlərə başlamağa tələsməyin. Axtardığınız məlumatı tapmaq üçün səy göstərin. Təcrübəli insanlarla əlaqədə olun, müvafiq məlumat mənbələrinə üz tutun.

Əkizlər - ideyalar və planlar səviyyəsində olan işləri həyata keçirin. Yaxın iki ayla bağlı planları dəqiqləşdirmək olar. Fəaliyyətiniz üçün faydalı ola biləcək informasiya arayın.

Xərçəng - ikinci dərəcəli işləri diqqət mərkəzində saxlamayın. Maraq obyektləri dəyişə bilər. Xəbərlər sizi cari işlərdən ayırmasın. Görüş, önəmli məlumatın alınması, spontan toplantılar, təmaslar ola bilər.

Şir - yeni ideyaları reallaşdırmağa tələsməyin. Yarımçıq işləri başa vurun, cari situasiyaya maksimum diqqət ayırın. Ev işlərini ön plana çıxarmayın. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı fəaliyyətdə süstlük nümayiş etdirməyin.

Qız - hansısa mövzu pikə yaxınlaşır. Dəyişikliklər və yeniliklər rahat olmayacaq. Nə isə narazılığınıza səbəb olursa, problemi dərhal həll etməyə çalışın. Səhvlərin fəsadlarının aradan qaldırılması, münasibətlərə aydınlıq gətirilməsi, barışıq üçün pis gün deyil. Məşğul olduğunuz işlə bağlı maraqlı ideya yarana bilər. 

Tərəzi - yaxın gələcəyin proqnozlaşdırılması və planlaşdırılması üçün yaxşı gündür. Tələskənlik etməyin. Sizə yeni ideyalar verərək cari hadisələri araşdırmağa və anlamağa yardım edə biləcək insanlarla ünsiyyətdə fayda var.

Əqrəb - bu gün siz güclü rəqibsiniz. Yaxın ətrafınıza təsir edin. Cari işlərin məcrasını intensivləşdirmək üçün situasiyadan yararlanın. Unutmayın ki, nəzərdə tutduğunuz işlərə nail olmaq çətin olsa da, mümkündür. Ciddi səhv prosesə ciddi zərbə vura bilər. Risk və münaqişələrə qatılmayın.

Oxatan - detallara xüsusi diqqət tələb edən gündür. Retroqrad olmayın. Təcili məşğul olmağınız gərəkən problem var. Yaxın gələcəyin planlaşdırılması ilə məşğul olun.
Qüvvə, potensial və yaşam stilinizi nəzərə alaraq prioritetlərdə dəyişikliklər etmək olar. Böyük işlər sizi yenidən maraqlandırır. Enerjiniz və planlarınız çoxdur.

Oğlaq - gördüyünüz işlərin nəticələrini və varsa, nailiyyətlərinizi dəyərləndirin. Yaşamınızda yenilik etmək vaxtıdır. Hələliksə mövqenizi təhlil edin, zəif məqamları aşkarlayın və problemləri həll edin. Yaxın vaxtlarda hansı təcrübəni əldə etmək istədiyinizi müəyyənləşdirin. Yeniliklər vaxtıdır.

Dolça - emosiyalarla və hiss-həyəcanla dolu gündür. Fəaliyyət qrafikindən çıxmamaq üçün səy göstərin, düşündüklərinizi həyata keçirməyə can atın. Heç nəyi sabaha saxlamayın, işləri təxirə salmayın. Əks halda stresslərin sayı və ağırlığı artacaq.

Balıqlar - yaxın gələcəklə bağlı perspektivlər baxımından çox əlverişli və mühüm gündür. Bir işi yarımçıq qoyub başqasına başlamayın. Əvvəllər reallaşdıra bilmədiyiniz məsələni gerçəkləşdirə bilərsiniz. Sizə faydalı ola biləcək insanlarla görüşün.
Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google