Texnologiyaların inkişaf etdiyi dövrdə kitab
oxumağa elə də üstünlük vermirik. Bəzən aylarla, günlərlə bəzən isə
heç kitab oxumuruq. Lakin, kitab oxumağın nə qədər faydalı
olduğundan xəbərsizik.
Kitab oxumaq düşünmə qabiliyyətini, yaddaş və məntiqi gücləndirir,
stressi aradan qaldırır, söz ehtiyatını artırır, beyni müdafiə
edir, özgüvən yaradır, yuxu rejimini yaxşılaşdırır.
Bəs bu gün Gürcüstanda yaşayan gənclər kitab oxumağı sevirmi? Daha
çox hansı janrda kitablar oxuyurlar?
Bu sualların cavabını "online" yolla gənclərə kitabların
çatdırılmasını təmin edən "Gürcüstan kitab evi" adlı səhifənin
rəhbəri ilə olan müsahibəmizdə aldıq.
Gürcüstanlı gənclərin kitab oxumasında gənclərə xidmət edən
"Gürcüstan kitab evi" adlı səhifə artıq bir neçə aydır ki,
fəaliyyət göstərir. Səhifənin açılmasında əsas məqsəd gənc
oxuculara kitabları sevdirmək və onlara asanlıqla istədikləri
kitabı oxuma şansını yaratmaqdır.
"Gürcüstan kitab evi" səhifəsinin rəhbəri bizimlə müsahibəsi zamanı
gənclərin kitaba olan marağı və daha çox hansı janırda kitablara
üstünlük verdikləri haqqında danışdı.
O, bildirdi ki, hazırda gənclər kitab oxumağa çox da maraq
göstərmirlər, gənclərin əksəriyyəti kitabı "Mənim də
kitabım olsun" deyə alırlar. Təbii xüsusi günlərdə ən
gözəl hədiyyənin kitab olduğunu düşünən gənclər də az deyil. Bu
səbəbdən gənclərin 3/1 hissəsi kitabı sırf hədiyyə etmək məqsədi
ilə alır. Səhifənin rəhbərinin sözlərinə görə ciddi janrda kitablar
gənclər arasında bir o qədər də maraq doğurmur. Son zamanlar
onların marağını daha çox sevgi və əzab mövzuları çəkir.
1 ay ərzində cəmi 35-45 kitab sifariş olunaraq oxuculara
çatdırılır.
Kitablar əsasən Türkiyyə və Azərbaycan nəşriyyatları ilə bağlanmış
müqavilə əsasında Gürcüstana gətirilir.
Gənclər
tərəfindən 2018-ci ilin ən çox sifariş edilən kitabları arasında
birinci yerdə: Çağrı Minaş Aktaş-Sen on yedi yaşımsın, ikinci yerdə
QaraQan-üçüncü addım və üçüncü yerdə QaraQan ikinci addım adlı
kitablar yer almaqdadır.
Səhifənin rəhbəri gənc oxuculara daha çox fəlsəfi kitablar
oxumalarını məsləhət bildi və qeyd etdi ki, fəlsəfi kitablar insanı
təkminləşdirir, söz ehtiyatını artırır və nitqi gücləndirir.
Yazarlara gəldikdə isə o, Fyodor Dostoyevsky,
Albert Camus, Stefan Zweig,
Paulo Coelho, Lev Tolstoy və
Dan Brown'un əsərlərini oxumalarını tövsiyyə
etdi.