Gürcüstanlı gənclər kitab oxumağa maraq göstərmirlər
Texnologiyaların inkişaf etdiyi dövrdə kitab oxumağa elə də üstünlük vermirik. Bəzən aylarla, günlərlə bəzən isə heç kitab oxumuruq. Lakin, kitab oxumağın nə qədər faydalı olduğundan xəbərsizik.

Kitab oxumaq düşünmə qabiliyyətini, yaddaş və məntiqi gücləndirir, stressi aradan qaldırır, söz ehtiyatını artırır, beyni müdafiə edir, özgüvən yaradır, yuxu rejimini yaxşılaşdırır.

Bəs bu gün Gürcüstanda yaşayan gənclər kitab oxumağı sevirmi? Daha çox hansı janrda kitablar oxuyurlar?
Bu sualların cavabını "online" yolla gənclərə kitabların çatdırılmasını təmin edən "Gürcüstan kitab evi" adlı səhifənin rəhbəri ilə olan müsahibəmizdə aldıq.

Gürcüstanlı gənclərin kitab oxumasında gənclərə xidmət edən "Gürcüstan kitab evi" adlı səhifə artıq bir neçə aydır ki, fəaliyyət göstərir. Səhifənin açılmasında əsas məqsəd gənc oxuculara kitabları sevdirmək və onlara asanlıqla istədikləri kitabı oxuma şansını yaratmaqdır.

"Gürcüstan kitab evi" səhifəsinin rəhbəri bizimlə müsahibəsi zamanı gənclərin kitaba olan marağı və daha çox hansı janırda kitablara üstünlük verdikləri haqqında danışdı.

O, bildirdi ki, hazırda gənclər kitab oxumağa çox da maraq göstərmirlər, gənclərin əksəriyyəti kitabı "Mənim də kitabım olsun" deyə alırlar. Təbii xüsusi günlərdə ən gözəl hədiyyənin kitab olduğunu düşünən gənclər də az deyil. Bu səbəbdən gənclərin 3/1 hissəsi kitabı sırf hədiyyə etmək məqsədi ilə alır. Səhifənin rəhbərinin sözlərinə görə ciddi janrda kitablar gənclər arasında bir o qədər də maraq doğurmur. Son zamanlar onların marağını daha çox sevgi və əzab mövzuları çəkir.
1 ay ərzində cəmi 35-45 kitab sifariş olunaraq oxuculara çatdırılır.

Kitablar əsasən Türkiyyə və Azərbaycan nəşriyyatları ilə bağlanmış müqavilə əsasında Gürcüstana gətirilir.
Gənclər tərəfindən 2018-ci ilin ən çox sifariş edilən kitabları arasında birinci yerdə: Çağrı Minaş Aktaş-Sen on yedi yaşımsın, ikinci yerdə QaraQan-üçüncü addım və üçüncü yerdə QaraQan ikinci addım adlı kitablar yer almaqdadır.

Səhifənin rəhbəri gənc oxuculara daha çox fəlsəfi kitablar oxumalarını məsləhət bildi və qeyd etdi ki, fəlsəfi kitablar insanı təkminləşdirir, söz ehtiyatını artırır və nitqi gücləndirir.

Yazarlara gəldikdə isə o, Fyodor Dostoyevsky, Albert Camus, Stefan Zweig, Paulo Coelho, Lev TolstoyDan Brown'un əsərlərini oxumalarını tövsiyyə etdi.

"Marneuli" Radiosu
Print