5 fevral üçün ulduz falı
Qoç - qeyri-adi, yaşanacaq hadisələri uzun zaman unuda bilməyəcəyiniz gündür. İş heç də spontan olayların qəfilliyində deyil. Problem baş verənlərə həddən ziyadə emosional reaksiyalarınızdadır. Hər kiçik məsələni önəmli və mühüm iş saymayın.

Buğa - sürprizlərə hazır olun. Yaşam tərzinizdə dəyişikliklərə start verəcək xəbər almağınız istisna deyil. Yeni imkanları görün, onlardan yararlanmağın yollarını araşdırın. Təhlillərinizdə dəqiq olun. Yaxın ətrafınızdakı insanların diqqətindən yayınan məqamları görün.

Əkizlər - sürətlə və dəqiq düşünün. Mühüm işləri təxirə salmayın, rəqibləri geridə qoyun. İntuisiyanız sizi aldatmayacaq. Səhvlərə yol verməyin. Sizdən tələb olunan məsələ təhtəlşüurun sizə verdiyi siqnalları anlamaqdır. Mühüm görüşlər, ciddi məsələlərin müzakirəsi üçün yaxşı gündür.

Xərçəng - öz işlərinizlə müqayisədə başqalarının problemləri ilə daha çox maraqlanmayın. Qohumlarınız və ailə üzvlərinizin işlərinə müdaxilə etməyin. Amma yardım istəyi olarsa, qulaqardına vurmayın. Yaşam tərzinizdə müəyyən dəyişikliklər edə bilərsiniz.

Şir - günün ilk yarısında ehtiyatlı olun. Aqressiya, inadkarlıq, eqoizm zamanı deyil. Belə davransanız, qərar və addımlarınızın çox pis fəsadları ola bilər.
Yaxınlarınızla təmaslarda münaqişə riskini artırmayın. Ailədə ixtilaf yaranarsa, onu çözmək asan olmayacaq.

Qız - günün emosional fonu əlverişli deyil. Durum peşəkar fəaliyyətlə yanaşı şəxsi münasibətlərə də mənfi təsir edir. Səbirsiz və qıxıqlı olmayın. Ən kiçik məsələlərə görə gərgin mübahisələr etməyin. Münaqişə səbəbkarına çevrilməyin. Nüfuzlu insanlarla istənilən formada ünsiyyət və təmaslar ehtiyatlı davranmağı tələb edir.

Tərəzi - enerjili, aktiv, əzmkar olun. Məqsədə doğru hərəkətdə sizə mane olmağa çalışırlar, amma ruhdan düşməyin. Geri çəkilməyin, irəliləyin. Güclü rəqibə müqavimət göstərmək, mübarizə aparmaq gərəkdir. Çətin mübahisələrdə mövqeyinizi qorumağa çalışın.

Əqrəb - çətin, yorucu, xüsusi bilik və bacarıqlar tələb edən işləri görmək üçün əlverişli gündür. Əsas işi seçin, önəmsiz və ikinci dərəcəli işləri təxirə salın. Kiçik işləri yardımçı və ya tərəfdaşınıza etibar edin. Vaxtınızı, gerçəkdən də, önəmli işə sərf edin. Özünüzü ifrat dərəcədə yormayın. Yorğunluq səhv və yanlışlıqlara səbəb ola bilər.

Oxatan - uğura nail olmaq üçün çalışmaq, səy göstərmək gərəkdir. Günlər arasında ən əlverişlisi deyil. Sakit və ardıcıl fəaliyyət göstərin. Yaranmış problemləri dərhal həll etməyə çalışın. Lakin heç bir ehtiyac duyulmadığı təqdirdə hücuma keçməyin. Ağıllı və təcrübəli insanların məsləhətlərinə qulaq asın. Bu, sizə mənasız tələskənlikdən qurtulmağa imkan verəcək.

Oğlaq - bu gün həllini tələb edən məsələlər nə qədər mühüm və mürəkkəbdirsə, o qədər yaxşı nəticəyə nail ola bilərsiniz. Rəqibləri üstələmək üçün manipulyasiya və ya fırıldağa əl atmayın. İşgüzar səfər və ya səyahət uğurlu olacaq. Başqa yerdə, şəhərdə və ya regionda peşəkar fəaliyyətlə bağlı təklif ala bilərsiniz.

Dolça - ədalətli, soyuqqanlı, təmkinli olun. Qərar qəbul edəndə yalnız öz mövqeyinizi yox, ətrafınızdakı insanların fikrini də nəzərə alın. Belə davransanız, kompromis tapmaq, münaqişələrdən yan keçmək, habelə indiyədək dil tapmadağınız insanların dəstəyinə nail olmaq mümkündür.

Balıqlar - bədxah və düşmənlərinizə qarşı amansız olun. Məqsədə doğru hərəkətinizə mane olan insanları yolunuzdan kənarlaşdırın. Müttəfiqləri asanlıqla tapa biləcəksiniz. Ətrafınızdakı insanların fikir və mövqelərindən də yararlanın. İntriqa və manipulyasiyalara qatılmayın.

Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google
დაიცავი დისტანცია