Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan
"Whatsapp"a yeni funksiya əlavə edilib.
Yeni
funksiya iOS platformalı telefonlar üçün nəzərdə tutulub.
Artıq iPhone və iPad modellərində "Whatsapp"a daxil olmaq üçün kod
və ya barmaq izi tələb etmək mümkündür.
"Whatsapp"ın sonuncu versiyası ilə gələn yenilik hazırda proqramı
dəstəkləyən bütün iOS istifadəçiləri üçün əlçatandır. Hətta
proqrama girişi koda qoymaq üçün zaman müddəti seçimi də təqdim
olunur.
Qeyd edək ki, əvvəllər iOS
platformalı telefonlarda "Whatsapp"a girişi məhdudlaşdırmaq üçün
xüsusi ödənişli proqramlar lazım idi.
Mənbə: Milli.az