6 fevral üçün ulduz falı
Qoç - peşə fəaliyyəti sahəsində problemlər ola bilər. Kiçik, amma xoşagəlməz, başladığınız işi başa çatdırmağa maneələr yaradan müşküllərlə qarşılaşacaqsınız. İşdə həmkarlarla bil tapırsınız. Amma nüfuzlu insanlar və rəhbərliklə münasibətlərdə anlaşılmazlıq yaşanacağından bəzi aktual məsələlər çözümsüz qalacaq.

Buğa - günün ilk yarısı işlər üçün çox uğurlu vaxtdır. İmkanlardan maksimum istifadə edin. Emosional problemləri həll edin, maneələr və kompleksləri dəf edin.
Hər şey asanlıqla əldə olmasa da, səy göstərin. Əzmli və qətiyyətli davranın. Belədə uğur sizin olacaq.

Əkizlər - ehtiyatlı davranın. Çətin və qarışıq gündə intriqa qurbanı olmayın. Eksperimentlər aparmayın, yoxlanmış vasitə və metodlardan istifadə edin. Məqsədə doğru başqası tərəfindən rahat yol varsa, yeni istiqamət aramağa heç bir ehtiyac yoxdur. Çox sadə və asan təsir bağışlayan həllər dürüst ola bilər.

Xərçəng - aktiv olun, amma enerjinizi doğru istiqamətə yönəldin. Xoşagəlməz vəziyyət, münaqişə və toqquşmalar yaratmayın. Problemlərin daha bir səbəbi özünüzə və ətrafınızdakı insanlara çox tələbkar olmağınızdır.

Şir - birgə layihələrdə və ümumi işlərdə fəal iştirak edin. Qəfil, amma xoş görüş ola bilər. Yaşam arealındakı dəyişiklikdə fayda var. Yeni maraq yarana bilər.
Alış-veriş üçün sərfəli gündür. Maliyyə məsələlərində hesabları qarışdırmayın. Gəlir əldə edəcəksiniz. 

Qız - baş verənlərə rəğmən sakit olun. Emosiyaların əsiri olsanız, gün uğursuzluqla nəticələnəcək. İnadkarlığınız məntiq çərçivəsindən kənara çıxaraq ətrafınızdakı insanları pərişan etməsin. Dəyər verdiyiniz insanların dediklərinə qulaq asın, yaxşı məsləhətləri dinləyin. Özünüzə həddən artıq güvənməyin. Eqoist və aqressiv olmayın.

Tərəzi - mənasız xərclər etməyin, tələsik və yanlış addımlar atmayın. Təmkinli, soyuqqanlı olun, aram davranın. Peşəkar fəaliyyət müstəvisində və maliyyə məsələlərində yaxşı tanımadığınız insanlara çox inanmayın. Bədxahlarınızın məkrli planı, fırıldaqçıların yalan vədlərinin qurbanı ola bilərsiniz.

Əqrəb - ünsiyyət və yeni tanışlıqlar üçün yaxşı gündür. Diqqət mərkəzində ola bilərsiniz. Çalışacağınız insanı seçin. İntuisiyanız sizə yardım edəcək. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Dost və müttəfiqlərinizin sayı artacaq.

Oxatan - gün uğurlu və yaxşıdır. Nailiyyətləriniz gözlədiyinizdən də yaxşı və önəmli olacaq. Xoş həmsöhbət, diqqətli dinləyici olun. Yeni tanışlıqlarla yanaşı, köhnə dostlarla ünsiyyət üçün yaxşı gündür. Ailə işlərinin öhdəsindən təkbaşına gələcəksiniz. 

Oğlaq - gün problemlərdən xali olmasa da, çətinliklərin öhdəsindən gələcəksiniz. İntuisiyanız çox güclüdür və buna görə də ən çətin suallara cavab tapacaqsınız. Əks cins mənsubu ilə münasibətlərdə rəvanlığı qorumaq çətindir. Yeni tanışlarla birgə işlərə başlamayın. Maliyyə baxımından əlverişli gündür. 

Dolça - ekstraordinar, qeyri-adi heç nə etməyin. Yaxınlarınız sizə yardım edəcəklər. Sadəcə, özünüz olun, təbii davranın. Belə olarsa, işlərinizdə ciddi çətinliklər yaranmayacaq. İşgüzar görüşlər pis keçməyəcək. Sərfəli əməkdaşlıq şərtlərinə nail ola bilərsiniz. 

Balıqlar - səhər saatlarından etibarən faydalı işlərlə məşğul olmağa çalışın. Günün faydalı olmasına can atın. Vaxtınızı mənasz işlərə sərf etməyin. Maliyyə məsələlərinin öhdəsindən asanlıqla gələcəksiniz. Pullarınızı məntiqlə xərcləyin.
Print
თეგები: Ulduz fali Marneulifm Marneuli