Günümüzdə çox problemlərin və xəstəliklərin əsas
səbəbi kimi göstərilən stress getdikcə bizə hakim olmağa
başlayır.
Fikirlər qarışır, insan gündəlik həyatından zövq
ala bilmir, diqqəti dağılır, sanki içində nəsə ağır bir yük
gəzdirir, səbəbsiz həyəcanlanır, bədənində müxtəlif yerlərdə xırda
ağrılar başlayıb qəfil də itir, hər xırda səbəb onu özündən
çıxarır. Bütün bunlar stressin boğaza kimi yığıldığının
əlamətidir.
Psixoloqların stressi dəf etmək, ondan xilas
olmaq üçün irəli sürdükləri ən qeyri-adi və ağlınıza gəlməyəcək,
amma effektiv metodları bir yerə
toplayıb.
Məsləhətdir ki, bu üsullardan ən azı 3-nü seçib,
həftədə 1-2 dəfə əməl edəsiniz.
1. Saçları daramaq
Ofis işində çalışanların günü monitor qarşısında
keçir. Üstəlik smartfonlar da insanın uzun müddət üz mimikası və
gözlərinin gərginləşməsinə səbəb olur. Belə insanlar tez qocalır,
qaş-qabaqlı olur, üzü qırışır, başları ağırlaşır,
ağrıyır.
Bundan xilas olmaq üçün sizə saçları daramaq
məşğələsi tövsiyyə olunur. Özü də 1-2 dəqiqə daradım bitdi yox. Azı
10 dəqiqə saçınızı dibdən ucu yumşaq daraqla aramla sağdan sola,
soldan sağa, masaj edərək daramaq lazımdır. Bu prosedur başdakı
qanı qovacaq, əzələləri boşaldacaq, başınızı
rahatladacaq.
2. Dondurma yeyin
Şokoladlı dondurma antistress dopinqidir. Əgər
stresin dozasını azaltmaq istəyirsizsə, axşamlar aram-aram dondurma
və ya banan yeyin. Bu qidalar antidepressantlardan yaxşı təsir
göstərir.
3. Ovuclarınızı sürtün
Əsəb gərginliyini azaltmaq üçün bu metodu işdə,
evdə hər yerdə edə bilərsiz.
Var gücünüzlə ovuclarınızı sürtüb, onları
istilədin. Sonra bu isti ovuclarla qulaqlanızı
ovuşdurun.
4. Konflikləri duşla yuyun
Emosional neqatibi 15 dəqiqəlik kontrast duş
aparacaq. Hər gün duş ala bilmirsizsə, heç olmasa ən
hirsli,qəzəbli, gərgin günün sonunda evə çatan kimi yeməkdən də
öncə duş alın. Su özü ilə lazımsız informasiya və neqativi yuyub
aparacaq.
5. 27 əşyanın yerini dəyiş
Şərq müdrikləri deyir: Əgər həyatında nəsə
yolunda getmirsə, qəm-kədərdən xilas olmaq istəyirsizsə, evdə,
eləcə də işdə 27 əşyanın yerini dəyiş. O əşyalar ki, aylardır eyni
yerdə qalıb. Hesab olunur ki, bununla siz olduğunuz məkanda yığılıb
qalmış enerji bataqlığını təmizləmiş olursuz. Fərqi yoxdur hansı
əşyalar: iri mebeldən tutmuş xırda əşyalara
kimi.
6. Pilləkənləri qalx-en
1 dəqiqə ərzində bu məşğələni etsəz boyun, baş,
bel hissəyə yığılmış pis qan və neqativ enerji, stress ağırlığı
çıxıb gedəcək. Elə ki, özünüzü pis hiss etdiz, dərhal pilləkənləri
xatırla
7. Hibiskus çayı için
Bu tərkibdə çay
asan tapılır. Əgər sizdə panik vəziyyət, əsəb, gərginlik, kədər
varsa, deməli orqanizmdə zərərli radikallar da çoxalıb. Bunun üçün
hibiskus bitkisi və çiçəklərindən sakitləşdirici çay daim yanınızda
olsun.
Mənbə: Milli.az