"Facebook"da göndərilən mesajları silmək mümkün olacaq
"Facebook" sosial şəbəkəsi fevralın 5-dən
"Messenger"də göndərilən mesajların 10 dəqiqə ərzində silinməsi
funksiyasını işə salıb.
Bu
barədə "Facebook Messenger"in məlumatında bildirilir.
"Bu gündən etibarən "Messenger"də bir nəfərə və ya qrupa
göndərdiyiniz mesajları asanlıqla silə biləcəyiniz funksiyanı işə
salırıq", - deyə məlumatda qeyd olunub.
Bunun üçün ekranda mesajın üzərinə basmaq və "hamı üçün silmək",
yaxud "özün üçün silmək" variantlarından birini seçmək lazımdır.
Eyni zamanda birinci halda bütün qrup iştirakçılarına mesajın
silinməsi barədə məlumat gələcək. Mesajları göndərdikdən sonra
yalnız 10 dəqiqə ərzində silmək mümkün olacaq.
Yeni funksiya "iOS" və "Android" əməliyyat sistemlərinin son
versiyalarından istifadə edənlər üçün yararlı olacaq.
Daha əvvəl "Facebook" şirkəti İranla bağlı bir neçə yüz əkkaunt və
qrupu silib.