7 fevral tarixi üçün ulduz falı
Qoç - narahat, qarışıq, laübəli gündür. Səbrli və təmkinli olsanız, tərəfdaşlarınızla həmkarlarınızın rəğbətini qazana bilərsiniz. Praktiki məsələlər indi ön planda olmalıdır. Bəzi planlar və layihələrə yenidən baxmaq zamanıdır.

Buğa - ambisiyalarınız və maliyyə gözləntiləriniz ciddi narazılığa səbəb ola bilər. Bunun səbəbi rəqabətin güclənməsi və işgüzar münasibətlərə şəxsi maraqların qarışmasıdır. Kompromis tapmaq, ambisioz adamı sakitləşdirmək, emosiyasız davranmaq çətindir.

Əkizlər - gördüyünüz işin maraqlı olmasına çalışın. İşlər çoxdur, proseslər ləng inkişaf edir. Həmişəki vaxtlardan fərqli olaraq nəticələri daha çox gözləməli olacaqsınız. Bir qədər istirahət etmək, tempi aşağı salmaq, hadisələri nəzarətdən çıxarmaq meyllərinə aldanmayın. Belədə daha çevik və qıvraq rəqib sizi qabaqlayacaq.

Xərçəng - fəaliyyət müstəvisində maneələrin yarandığını hiss edəndə təmkinli olun, hadisələri süni şəkildə sürətləndirməyə çalışmayın. Rəğbət bəslədiyiniz insan sizdən uzaqlaşa bilər. Sirr saxlanan məqamları və şərtləri aşkarlayan münasibətlərin müzakirəsi vidalaşmaya, əməkdaşlığın dayandırılmasına səbəb olmasın. Əldə edilən nəticəni qoruyun. 

Şir - yaxın günlərin təməlinin qoyulduğu vaxtdır. Uzunmüddətli perspektivlərinizə əhəmiyyətli təsir göstərə biləcək önəmli zamandır.
Hansısa məsələdə uğursuzluğa düçar olmaq, planları reallaşdırmaq imkanlarını itirmək, situasiyanın mənfi təsirini və yad insanların müdaxiləsini hiss etmək riski var.

Qız - çox məsuliyyətli gündür. Önəmsiz saydığınız məsələ diqqətli yanaşma tələb edir. Məsələlərin kökünə baxın. Cari uğur və uğursuzluqları dəyərləndirməyə çox vaxt ayırmayın. Baş verənlər xüsusi əhəmiyyət daşıyır. Əmək, səy və səbr nəticəsində yaxşı nəticələr əldə edəcəksiniz.

Tərəzi - baş verənləri diqqətlə müşahidə edin. Niyyətlərinizi səbatlı edin, imkanlardan effektiv yararlanın. Hadisələr, əhval, əməllər, insanların niyyətləri - hamısının önəmi var. Ünsiyyətin ab-havasını yaxşılaşdırın. Əyləncə və istirahəti hələlik unudun. Gərəkli informasiyanı arayın. Lazımi istiqamətdə hərəkət edin.

Əqrəb - hadisələrin axarı sizi kamına alacaq. Yığılan problemləri həll edin, gərəkli instansiyalara baş çəkin. Perspektivdə sizin üçün önəmli ola biləcək mövzularla bağlı müzakirələr aparın. Çətinlikləri, reallaşmayan arzuları və planları ciddi dəyərləndirin. Yeni fəaliyyət planı hazırlayın.

Oxatan - yeni ayın təmayülləri formalaşır. Müvazinətin həssas olduğu məkanda və zamanda təzyiqə əl atmayın. Situasiyadan yararlanın, səylərinizi faydalı və ya sağlam məcraya yönəldin. Sizə mane olmağa çalışanlarla sayıq davranın. Vaxt udmağa, gərəkli saydığınız işlə məşğul olmaq üçün imkanlar əldə etməyə çalışın.

Oğlaq - sizi maraqlandıran işə yaxın ətrafınızdakı insanları cəlb etmək fikrindən vaz keçin. Təlaş və tələskənlikdə özünüzü narahat hiss edəcəksiniz. Kimsə sizin emosiyalarınızı, təmkininizi yoxlamaq fikrinə düşəcək.

Dolça - günü planlaşdırmaq çətindir. İşdə rəhbərliklə ünsiyyətin nəticəsi tapşırıqların və qayğıların sayının artmasıdır. Səbrli, diqqətli olun. İşi tez bitirmək əvəzinə, keyfiyyətlə başa vurmağı düşünün. Peşəkar fəaliyyət və yaşam areallarında qayda yaradın.

Balıqlar - maddi məsələlərin ön planda olduğu, diqqət və səbr tələb edən gündür. İşdə rəhbərliyin, işdən kənarda isə rəsmi strukturların və ümumiyyətlə, müxtəlif şəxslərin təzyiqinə məruz qalacaqsınız. Soyuqqanlı olun.

Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google