7 fevral tarixi üçün ulduz falı
Qoç
- narahat, qarışıq, laübəli gündür. Səbrli və təmkinli olsanız,
tərəfdaşlarınızla həmkarlarınızın rəğbətini qazana bilərsiniz.
Praktiki məsələlər indi ön planda olmalıdır. Bəzi planlar və
layihələrə yenidən baxmaq zamanıdır.
Buğa - ambisiyalarınız və maliyyə gözləntiləriniz ciddi narazılığa
səbəb ola bilər. Bunun səbəbi rəqabətin güclənməsi və işgüzar
münasibətlərə şəxsi maraqların qarışmasıdır. Kompromis tapmaq,
ambisioz adamı sakitləşdirmək, emosiyasız davranmaq çətindir.
Əkizlər - gördüyünüz işin maraqlı olmasına çalışın. İşlər çoxdur,
proseslər ləng inkişaf edir. Həmişəki vaxtlardan fərqli olaraq
nəticələri daha çox gözləməli olacaqsınız. Bir qədər istirahət
etmək, tempi aşağı salmaq, hadisələri nəzarətdən çıxarmaq
meyllərinə aldanmayın. Belədə daha çevik və qıvraq rəqib sizi
qabaqlayacaq.
Xərçəng - fəaliyyət müstəvisində maneələrin yarandığını hiss edəndə
təmkinli olun, hadisələri süni şəkildə sürətləndirməyə çalışmayın.
Rəğbət bəslədiyiniz insan sizdən uzaqlaşa bilər. Sirr saxlanan
məqamları və şərtləri aşkarlayan münasibətlərin müzakirəsi
vidalaşmaya, əməkdaşlığın dayandırılmasına səbəb olmasın. Əldə
edilən nəticəni qoruyun.
Şir - yaxın günlərin təməlinin qoyulduğu vaxtdır. Uzunmüddətli
perspektivlərinizə əhəmiyyətli təsir göstərə biləcək önəmli
zamandır.
Hansısa məsələdə uğursuzluğa düçar olmaq, planları reallaşdırmaq
imkanlarını itirmək, situasiyanın mənfi təsirini və yad insanların
müdaxiləsini hiss etmək riski var.
Qız - çox məsuliyyətli gündür. Önəmsiz saydığınız məsələ diqqətli
yanaşma tələb edir. Məsələlərin kökünə baxın. Cari uğur və
uğursuzluqları dəyərləndirməyə çox vaxt ayırmayın. Baş verənlər
xüsusi əhəmiyyət daşıyır. Əmək, səy və səbr nəticəsində yaxşı
nəticələr əldə edəcəksiniz.
Tərəzi - baş verənləri diqqətlə müşahidə edin. Niyyətlərinizi
səbatlı edin, imkanlardan effektiv yararlanın. Hadisələr, əhval,
əməllər, insanların niyyətləri - hamısının önəmi var. Ünsiyyətin
ab-havasını yaxşılaşdırın. Əyləncə və istirahəti hələlik unudun.
Gərəkli informasiyanı arayın. Lazımi istiqamətdə hərəkət edin.
Əqrəb - hadisələrin axarı sizi kamına alacaq. Yığılan problemləri
həll edin, gərəkli instansiyalara baş çəkin. Perspektivdə sizin
üçün önəmli ola biləcək mövzularla bağlı müzakirələr aparın.
Çətinlikləri, reallaşmayan arzuları və planları ciddi
dəyərləndirin. Yeni fəaliyyət planı hazırlayın.
Oxatan - yeni ayın təmayülləri formalaşır. Müvazinətin həssas
olduğu məkanda və zamanda təzyiqə əl atmayın. Situasiyadan
yararlanın, səylərinizi faydalı və ya sağlam məcraya yönəldin. Sizə
mane olmağa çalışanlarla sayıq davranın. Vaxt udmağa, gərəkli
saydığınız işlə məşğul olmaq üçün imkanlar əldə etməyə çalışın.
Oğlaq - sizi maraqlandıran işə yaxın ətrafınızdakı insanları cəlb
etmək fikrindən vaz keçin. Təlaş və tələskənlikdə özünüzü narahat
hiss edəcəksiniz. Kimsə sizin emosiyalarınızı, təmkininizi yoxlamaq
fikrinə düşəcək.
Dolça - günü planlaşdırmaq çətindir. İşdə rəhbərliklə ünsiyyətin
nəticəsi tapşırıqların və qayğıların sayının artmasıdır. Səbrli,
diqqətli olun. İşi tez bitirmək əvəzinə, keyfiyyətlə başa vurmağı
düşünün. Peşəkar fəaliyyət və yaşam areallarında qayda yaradın.
Balıqlar - maddi məsələlərin ön planda olduğu, diqqət və səbr tələb
edən gündür. İşdə rəhbərliyin, işdən kənarda isə rəsmi
strukturların və ümumiyyətlə, müxtəlif şəxslərin təzyiqinə məruz
qalacaqsınız. Soyuqqanlı olun.