Bəlğəmdən qurtulmaq üçün 5 vasitə - Hamının mətbəxində var
09:48 / 07.02.2019
Selik burunda ifraz olunan və müdafiə
funksiyası yerinə yetirən yapışqan maddədir. Seliyin əsas
funksiyası burun boşluğuna düşən tozu, allergenləri tutaraq
saxlamasıdır. Amma lor orqanlarının iltihablaşması nəticəsində
həddən artıq selik ifraz olunmağa başlanır ki, bu da öskürəyə və
rinitə səbəb olur.
Təbii vasitələrlə nazal iltihabı aradan aradan
qaldırmaq mümkündür.
Həmin vasitələri və onların faydalarını açıqlayırıq:
1. Sarıkök
Sarıkökün tərkibində olan kurkumin maddəsi bakteriyaları məhv
edərək seliyi təmizləyir və immuniteti artırır.
1 çay qaşığı sarıkökü, yarım çay qaşığı duzu 1 stəkan isti suya
tökün və yaxşıca qarışdırın. Gündə 3 dəfə bu qarışımla boğazınızı
qarqara etsəniz sinə bəlğəmindən və boğaz infeksiyasından qurtula
bilərsiniz.
2. Bal və limon
Bal və limon qarışığı güclü bakteriyaəleyhinə və göbələkəleyhinə
xüsusiyyətə malikdir. Bu məhsullar immun sistemi gücləndirir və
iltihabın qarşısını alır.
1 x/q təbii balı 2 x/q limon şirəsi ilə qarışdırın və gündə 3 dəfə
yeməkdən sonra qəbul edin.
3. Duzlu su
Boğaz ağrısını azaltmaq və bəlğəmi aradan qaldırmaq üçün gün
ərzində 2 dəfə isti duzlu sudan istifadə edin.
1 fincan təmiz suya yarım çay qaşığı duz əlavə edərək
qarışdırın.
Qarışımı udmadan qarqara edin.
4. Buxarla nəfəs almaq
Buxarla nəfəs almaq ciyərlərdə olan bəlğəmi yumşaldır və onun xaric
olmasına şərait yaradır.
Kiçik bir qazanda qaynayan suya yarım çay qaşığı cirə və rozmarin
əlavə edərək qazı söndürün. Başınızı dəsmalla örtərək buxarla nəfəs
alın. Bunu gündə bir neçə dəfə tətbiq edin.
Həmçinin gündə 2 dəfə isti vanna qəbul etməlisiniz. Effekti
artırmaq üçün suya müxtəlif bitkilərin efir yağlarını əlavə edə
bilərsiniz.
5. Zəncəfil
Zəncəfil güclü bəlğəmgətirici hesab edilir. Buna görə də gün
boyunca zəncəfil çayı içə və həmçinin kökünü yeyə bilərsiniz.
Çayı hazırlamaq üçün qazana 6 dilim zəncəfil və 1 ç/q istiot əlavə
edib 5 dəqiqə orta odda qaynadın. Soyuduqdan sonra 1 ç/q bal əlavə
edin.
Gün boyu bu çayı içərək bəlğəmdən tez bir zamanda azad olmaqla
yanaşı, həm də immunitetinizi də artırmış olacaqsınız.