May ayında
pedaqoqların əmək haqqı ilə bağlı konkret plan təqdim edəcəyik və
sentyabrdan əmək haqqı artacaq – bu haqda Gürcüstanın Təhsil, Elm,
Mədəniyyət və İdman Naziri Mixeil Batiaşvili parlamentdə çıxışı
zamanı bildirib.
“May ayında pedaqoqların əmək haqqı ilə bağlı konkret
plan təqdim edəcəyik və sentyabrdan əmək haqqı artacaq. Vəd
verdiyimiz kimi məktəb reformasının əsas prinsipləri - məktəbin
gücləndirilməsi – muxtariyyət və desentralizasiya, bürokratiyadan
yaradıcılıq məsələlərinə keçid, məktəb direktorunun məktəbin lideri
olması və pedaqoqun yaradıcılıq məsələlərinə istiqamətlənməsi
olacaq” – bildirib Batiaşvili.
Nazirin sözlərinə görə pedaqoq bürokratiyaya daha az vaxt
ayırmalıdır və vaxtının çoxunu yaradıcılıq işlərinə sərf
etməlidir.
Onun sözlərinə görə, hər hansı pedaqoqun istədiyi vaxt, istədiyi
səviyyədə imtahan vermək və kvalifikasiya qazanmaq imkanı
olmalıdır.
“Uzun müddətli prosesdə maksmimum keyfiyyət
xidmətlərini gücləndirməliyik və məktəb güclü institutisya
olmalıdır, öz keyfiyyətinin inkişafının qayğısına özü
qalmalıdır” - bildirib Batiaşvili.