“Biz hesab edirik ki,
universitetdə oxuyasan, gürcü olasan və Gürcüstan tarixini bilməyən
bu ayıbdır” – bu bəyanatı təhsil naziri Mixeil
Batiaşvili parlamentin bugünkü plenar iclasında çıxışı zamanı
bildirib.
Nazirin sözlərinə görə, milli imtahanlarda humanitar istiqamətdə
qəbul olma istəyən abituriyentlər üç vacib fənn arasında tarix,
gürcü dili və xarici dil, texniki istiqamətdə isə riyaziyyat, gürcü
dili və xarici dil imtahanı verməli olacaqlar.
Mixeil Batiaşvilinin bəyanatına görə milli imtahanlarda humanitar
və texniki istiqamətlərdə veriləcək üç vacib fənnə dördüncü fənn də
əlavə olunacaq. Həmin fənni universitet tələb edəcək. Batiaşvilinin
sözlərinə görə, universitetin tələb etdyi fənn imtahanının
keçirilməsini Təhsil Nazirliyi təmin edəcək.
Milli imtahanların yeni modelinə görə 2020-ci ildən milli imtahan
veriləcək vacib fənlərin sayı dəyişir. Layihəyə əsasən milli
imtahanlarda ümumi qabiliyyət imtahanı olmayacaq. Təhsil
nazirliyinin rəsmi məlumatına görə vahid milli imtahanlar
formatında dəyişikliklər planlaşdırılmır. Ancaq qeyd edilib ki,
2020-ci ildən ali təhsil müəssisələri qəbul üçün bal keçidini
özləri təyin edəcəklər.