8 fevral üçün ulduz falı
Qoç - enerjili və aktiv olun. Rəqiblərinizi üstələyin, onları geridə qoyun. Bu gün səsləndirəcəyiniz ideyalar pis olmasa da, onların hələlik vaxtı çatmayıb. Ətrafınızdakılar sizi sadəcə, anlamaya bilərlər. Uğur əldə etmək üçün fəaliyyət azadlığı olmalıdır.

Buğa - müsbət təmayüllərin təsiri artır. Gün bir sıra məqamlar baxımından uğurlu gündür. Ətrafınızdakı insanlarla tez dil tapmağa çalışın. Yeni hamilərlə əlaqələr qura bilərsiniz. Bu gün sizi ruhlandıracaq şəxslə görüş istisna deyil.

Əkizlər - günün ilk yarısı sakit, məhsuldar dönəmdir. Çətin problemləri həll edəcəksiniz. Yaxın ətrafınızdakı insanlardan fərqli olaraq daha qətiyyətli və əzmkar olun. Saatlar keçdikcə çalışdığınız insanlarla dil tapmaq müşkül olur. Bu da təbii ki, işə təsir edir.

Xərçəng - peşəkar fəaliyyət sahəsində ciddi uğurlara nail ola bilərsiniz. Yeni imkanlar yaranır. Şanslardan istifadə edin. Yaxınlarınızdan biri və ya ətrafınızdakı bir neçə insan iş prosesinə müdaxilə etdikləri üçün səhvlərə yol verə bilərsiniz.

Şir - ünsiyyət, şəxsi işlərin müzakirəsi, yeni tanışlıq və ya əməkdaşlıq üçün əlverişli gündür. Tərəfdaş və ya şərikinizi anlamağa çalışın. Niyyət və ya istəkləri qulaqardına vurmayın. Sizi aldatmağa çalışacaqlar. Yalan danışmayın.

Qız - hər şey yaxşıdır. Darıxmağa vaxt olmayacaq. Qərarları sürətlə qəbul edin. Situasiyadakı dəyişikliklərə aktiv şəkildə uyğunlaşın. İmprovizə pis olmaz. Kiçik maliyyə itkiləri istisna deyil. Alış-veriş sizi razı salmayacaq.

Tərəzi - əhatənizdəki insanların münasibəti sizi sevindirəcək. Diqqət mərkəzindəsiniz. Arzu və istəkləriniz diqqətdən kənarda qalmayacaq.
Planlarınızdan birini reallaşdırmaq üçün əlverişli zaman seçin. Tələblər və iradların sizi yormasına imkan verməyin.

Əqrəb - çoxdan bəri reallaşdırmaq istədiyiniz planları həyata keçirmək üçün münasib gündür. Başladığınız işləri mütləq şəkildə bitirin. Tamamilə yeni işlərdə uğura nail ola bilərsiniz. Yeni informasiyanı tez əxz edin. Məlumatlardan bəziləri az sonra karınıza gələ bilər. Görüş və danışıqlar üçün əlverişli zamandır. 

Oxatan - günün ilk yarısında əhvalınız xoş olmayacaq. Sevinc üçün səbəblərin az, qıcıqlıq və stress üçünsə çox olduğunu düşünürsünüz. Ətrafınızdakı insanların əsəblərini tarıma çəkərək onların səbrini yoxlamayın. Münaqişələrə səbəbkar olmayın.

Oğlaq - təlaşa qapılmayın, narahat olmayın. Sakit və soyuqqanlı çalışsanız, gün uğurlu olacaq. Uğura əmin olun, qətiyyətlə davranın. Səfərə yollanmaq, şəraiti dəyişmək olar. Rutin məsələlərin həllini unutmayın. Gəlir istisna deyil.

Dolça - başladığınız istənilən işi tam bitirməyə çalışın. Yeni işiniz mühüm, məqsədiniz isə genişmiqyaslı olsun. Səfərə yollana bilərsiniz. Bir zamanlar məhsuldar əməkdaşlığınızın olduğu insan maraqlı işgüzar təşəbbüs və ya təkliflə qayıdacaq.

Balıqlar - məşğul olduğunuz iş nə qədər mürəkkəb və mühüm olarsa, gününüz bir o qədər uğurlu alınacaq. Sizin üçün yeni sahədə böyük uğurlara nail ola bilərsiniz. Yardımlardan imtina etməyin.
Print
თეგები: Ulduz fali Marneulifm Marneuli