"Bu
yolun son stansiyası" adlı tamaşa bu gün, 10 fevral
tarixində Batumi şəhərində "Acara Dövlət Mahnı və Rəqs"
ansambılının konsert zalında baş tutacaq.
Tamaşa gürcü
dilində nümayiş olunacaq. Tamaşanın maliyyə dəstəkçisi TİKA-dır və
iştirak etmək sərbəstdir.
Qeyd edək ki, "Bu yolun son stansiyası" adlı
tamaşa 24 yanvar tarixində Tbilisi şəhəri "Aktyorlar Evi" adlı
teatr məkanında gürcü dilində tamaşaçılara təqdim
olunmuşdur.
Fevral ayından hazırlıqlara başlamaqla tamaşa
Azərbaycan dilində Marneuli, Bolnisi və Qardabani rayonlarında da
nümayiş olunacaq.
"Bu yolun son stansiyası" adlı tamaşa "Yeşilay” Cəmiyyətinin
“Gürcüstanda ictimaiyyətin zərərli vərdişlərlə bağlı
maarifləndirilməsi, sənət vasitəsi ilə təbliği” layihəsi
çərçivəsində hazırlanır. “Yeşilay” layihəsi insanların zərərli
vərdişləri siqaret, narkotik, texnologiyalar, alkoqol asılılığı və
qumar kimi mövzuları əhatə edir.
Xatırladaq ki, "Bu yolun son stansiyası"
tamaşasının əsas mövzusu insanların zərərli vərdişləri və
narkomaniya haqqında olacaq.
Tamaşa narkotik vasitələrin insanlara olan zərərlərindən və insan
həyatını məhv etməsindən bəhs edir. Tamaşada həmçinin insanların
sosial şəbəkələrdən, texnologiyalardan asılılığı və texnologiyalar
sayəsində həyatın süniləşməsi mövzusuna da toxunulur.
Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru
Tbilisi Dövlət Azərbaycan Dram Teatrının aktyoru Anar
Rafiqoğludur.
Tamaşada iştirak
edirlər: Rabil İsmayılov, Məndər Sərdarov, Ləman Məmmədova və Sali
Omarova.