"Bu yolun son stansiyası"- Batumi şəhərində
"Bu yolun son stansiyası" adlı tamaşa bu gün, 10 fevral tarixində Batumi şəhərində "Acara Dövlət Mahnı və Rəqs" ansambılının konsert zalında baş tutacaq.


Tamaşa gürcü dilində nümayiş olunacaq. Tamaşanın maliyyə dəstəkçisi TİKA-dır və iştirak etmək sərbəstdir.

Qeyd edək ki, "Bu yolun son stansiyası" adlı tamaşa 24 yanvar tarixində Tbilisi şəhəri "Aktyorlar Evi" adlı teatr məkanında gürcü dilində tamaşaçılara təqdim olunmuşdur.
Fevral ayından hazırlıqlara başlamaqla tamaşa Azərbaycan dilində Marneuli, Bolnisi və Qardabani rayonlarında da nümayiş olunacaq.

"Bu yolun son stansiyası" adlı tamaşa "Yeşilay” Cəmiyyətinin “Gürcüstanda ictimaiyyətin zərərli vərdişlərlə bağlı maarifləndirilməsi, sənət vasitəsi ilə təbliği” layihəsi çərçivəsində hazırlanır. “Yeşilay” layihəsi insanların zərərli vərdişləri siqaret, narkotik, texnologiyalar, alkoqol asılılığı və qumar kimi mövzuları əhatə edir.
Xatırladaq ki, "Bu yolun son stansiyası" tamaşasının əsas mövzusu insanların zərərli vərdişləri və narkomaniya haqqında olacaq.

Tamaşa narkotik vasitələrin insanlara olan zərərlərindən və insan həyatını məhv etməsindən bəhs edir. Tamaşada həmçinin insanların sosial şəbəkələrdən, texnologiyalardan asılılığı və texnologiyalar sayəsində həyatın süniləşməsi mövzusuna da toxunulur.

Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Tbilisi Dövlət Azərbaycan Dram Teatrının aktyoru Anar Rafiqoğludur.
Tamaşada iştirak edirlər: Rabil İsmayılov, Məndər Sərdarov, Ləman Məmmədova və Sali Omarova.
Print