11 fevral üçün ulduz falı
Qoç - travma riskinin çox olduğu gündür. Yorucu və mürəkkəb işdən, sükan arxasında uzun müddət olmaqdan, şübhəli toplantılara qatlımaqdan imtina edin. Uzaqdan xoşagəlməz xəbərlər ala bilərsiniz. Konkret məqsədə çatmaq üçün son vaxtlar göstərdiyiniz səylərin əbəs olduğunu anlayacaqsınız.

Buğa - nüfuzlu şəxsin dəstəyini ala bilərsiniz. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Yeni layihələrə qatılın, işgüzar təşəbbüslə çıxış edin. İdeyalarınız anlayışla qarşılanır. Onların əksəriyyətini reallaşdırmaq mümkün deyil.

Əkizlər - çoxsaylı kiçik problemlər vəd edən gərgin gündür. Gerçəkdən də, mühüm işlə məşğul olmağa vaxtınız qalmayacaq. Daim nəyisə yoluna qoymaq, düzəltmək, qaydaya salmaqla məşğul olacaqsınız. Səhlənkarlıq və diqqətsizlik anlaşmaların uğursuzluğuna, maliyyə itkilərinə səbəb ola bilər.

Xərçəng - bu gün görə biləcəyiniz ən yaxşı iş önəmli işə başlamamaqdır. Ciddi işlərə başlamaq, mühüm məsələlərin həllini planlaşdırmaq üçün əlverişli deyil.
Rutin işlərlə məşğul olaraq pozitiv emosiyalar ala bilərsiniz. Yeni tanışlıqlar, maraqlar istisna deyil. Romantik münasibətlər başlarsa, sürətlə inkişaf edəcək.

Şir - sakit və rahat gündür. Çoxdan bəri görmək istədiyiniz, amma vaxt tapmadığınız işi bitirə bilərsiniz. Sizi maraqlandıran suallara cavab tapacaqsınız. Cavablar sizi narazı qoymayacaq. Qeyri-adi görüşlər, tanışlıqlar ola bilər. Qarşı tərəfdə xoş hisslər yaradın.

Qız - çox gərgin olsa da, maraqlı gündür. Sizi maraqlı görüşlər, sizinlə eyni istiqamətdə hərəkət edən insanlarla təmaslar gözləyir. Çox danışmayın, soyuqqanlı və ehtiyatlı olun. Şəraitə rəğmən, təmkinli davranın. Çətin vəziyyətlərdə müttəfiq və tərəfdaşların yardımlarına güvənə bilərsiniz.

Tərəzi - günün ilk yarısı danışıqlar, anlaşmalar, sövdələşmələr üçün əlverişli zamandır. Planlarınızı uğurla reallaşdıra bilərsiniz. Qısamüddətli və ya uzunmüddətli əməkdaşlığı ehtiva edən sənədləri imzalamaq olar.

Əqrəb - günün ilk yarısında diqqətli, sayıq olun. Hesablarda yanılmayın, xırdalıqlara və detallara fikir verin. Həmfikirlər tapacaqsınız. Onların yardımı ilə bir sıra ciddi problemləri həll edə bilərsiniz. Tərəfdaşlarla təmaslar üçün əlverişli gündür. Nüfuzlu insanlarla görüşə bilərsiniz.

Oxatan - dəyişikliklər yaşanacaq. Onlar gözlədiyinizdən də ciddi ola bilər. Yeni situasiyada özünüzü itirməyin. Niyə və necə davranmağın yollarını arayıb müəyyənləşdirin. Etiraflar üçün münasib gün deyil.

Oğlaq - ehtiyatlı və sayıq olun. Macəra aramayın, sərgüzəştlər axtarmayın. Əks halda ciddi səhvlərə yol verəcəksiniz. Sizinlə ünsiyyətdə olmaq istəyən insanlar çoxdur. Onlarla mühüm məsələləri müzakirə etmək olar. Yaxın ətrafınızdakı insanlardan biri və ya bir neçəsi qarşısına qoyduğu hədəfə çata bilmədiyi üçün sizdən narazıdır. 

Dolça - günün ilk yarısı əhvalınızın xoş olduğu gündür. Baş verənlərə rəğmən soyuqqanlı olun. Xırdalıqlara və təfərrüatlara fikir versəniz, tezliklə qələbəyə nail olacaqsınız. Nikbin olun. Hansısa iş alınmayanda dərd etməyin.

Balıqlar - asan, rahat, əlverişli gündür. Axına qarşı çıxmayın, hadisələrin məcrasına müdaxilə etməyin. Hər şey təbii istiqamətində olmalıdır. İşgüzar tərəfdaşlarla münasibətlər normal olacaq.
Print ელ. ფოსტა
თეგები: Marneuli Marneulifm Ulduz fali
FaceBook Twitter Google