13 fevral üçün ulduz falı
Qoç - emosional fon stabil deyil. Xırda və kiçik məsələlərə görə əhvalınızı pozmayın. Qətiyyətli və inadkar olsanız, yaxşı nəticələrə nail ola bilərsiniz. Maraqlı işgüzar təkliflər alacaqsınız. İşdə rəhbərlik ideyalarınızla maraqlanacaq.

Buğa - hər şey istədiyiniz kimi olmayacaq. Əsla gözləmədiyiniz məqamda və məkanda çətinliklər yarana bilər. Qəfil, ciddi maliyyə itkiləri ola bilər. İtirilən pulların bir qismini sonradan geri qaytarmaq mümkün olsa da, proses böyük səy tələb edir. İşdə rəhbərliklə fikir ayrılıqlları istisna deyil.

Əkizlər - eksperimentlərə qatılmayın. Sınanmış, etibarlı vasitələrdən yararlanın. Bir qədər əvvəl başladığınız işləri başa vurun. Yeni işlərə başlamağa tələsməyin, əks təqdirdə qarışıqlıq və geriləmə ola bilər. Dostlarla münasibətilərdə fikir ayrılığı yaranacaq. Mübahisəni ciddi münaqişəyə çatdırmayın.

Xərçəng - iş nə qədər sizə çətin gəlsə də, əhəmiyyətli irəliləyişə nail ola bilərsiniz. İnadkar, qətiyətli olun. Planlarınızı həyata keçirmək üçün əzmlə çalışın. Sonucda istəyinizə çata bilərsiniz. Bilik və bacarıqların artırılması üçün əlverişli gündür. Aldığınız informasiyaların dərhal karınıza gələcəyini xəyal etməyin.

Şir - çox maraqlı, hadisələrlə zəngin gündür. Olaylar fərqli, müsbət və mənfidir. Problem ondadır ki, yaranan imkanlara əksər hallarda düzgün reaksiya vermirsiniz. Peşə fəaliyyəti ilə bağlı çətinliklərinizi çözmək, karyera müstəvisində irəliləmək şansını dəyərləndirin. Nüfuzlu insanlarla münasibətlərdə gərginlik yaratmayın.

Qız - kiçik çətinliklər və anlaşılmazlıqlara rəğmən işlərin öhdəsindən əla gəlməyə çalışın. Qərarlarınız müdrik olsun. Tələskənliyə yol verməyin, amma geridə də qalmayın, ətalətli və süst olmayın. Məntiqlə davranın, yolunuzdan sapmayın.

Tərəzi - çətin, qarışıq, təbəddülatlı gündür. Bütün işlər planlaşdırdığınız kimi alınmır. Özünüzdən savayı kimsəni suçlamayın. Başqalarının münaqişələrinə qatılmayın. Sülhməramlı cəhdləriniz uğursuzluğa düçar olacaq. Bir zamanlar sizə yardım edən, dəstək verən insanlar indi sizi manipulyasiya qurbanı etməyə can atırlar.

Əqrəb - gün asan və sadədir. Bir sıra işlərdə uğur qazana bilərsiniz. Başlamalı olduğunuz işi intuitiv hiss edin. Təxirə salmaq və ya başqasına tapşırılması gərəkən işi müyyənləşdirin, vaxt və imkanlarınıza qənaət edin. Nikbin olun. İndiyədək sizdən uzaq durmağa çalışan insanlar sizə can atırlar.

Oxatan - ciddi və önəmli işə başlasanız, uğur əldə edəcəksiniz. Orijinal qərarlar qəbul edin. Mürəkkəb situasiyada qeyri-standard davranmaqla ətrafınızdakı insanları təəccübləndirə bilərsiniz.

Oğlaq - rutin, yeknəsək gündür. Tərəfdaş və ya müttəfiq sizə birləşən kimi irəliləyə biləcəksiniz. Birgə layihəyə başlamaq üçün bundan yaxşı gün çətin ki, tapılsın. Planlaşdırılmamış vizitlər ola bilər. Qonaqlara sevinəcəksiniz.

Dolça - rəsmi olmayan şəraitdə ünsiyyət üçün əla gündür. Köhnə dostlarla görüşdən həzz alacaq, yeni tanışlıqlar əldə edəcəksiniz. Orijinal qərarlar qəbul edərək ekstravaqantlığınızla ətrafdakıları heyrətləndirə bilərsiniz. Məqsədə çatmaq üçün qeyri-standart davranmaq olar.

Balıqlar - sadə olmayan gündür. Yolunuzda çoxsaylı sədlər və maneələr yaranır. Onları dəf etməyin mümkünsüz olduğunu düşünməyin.
Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google