14 fevral üçün ulduz falı
Qoç - qətiyyətli və inamlı addımlar, qərarlar üçün əlverişli gündür. İmprovizə edə bilərsiniz. Hadisələr gözlənilməz məcrada inkişaf edirsə, adekvat addımlar atın. Çaş-baş qalmayın. Yeni tanışlıqlar asanlıqla yaranır. Nikbin və pozitiv olun. Komandada çalışmaq pis deyi, amma müstəqil fəaliyyət də effektiv ola bilər. Anlaşmalar gəlir gətirəcək. Alınan pulların məbləği arta bilər.

Buğa - səbrli və təmkinli olun. Məqsədə doğru inadlı, əzmli hərəkət istənilən, gözlənilən effekti verməyəcək. Bununla belə, xoşagəlməz fəsadlar da olmayacaq. Hadisələrin axarını sürətləndirməyə, əməkdaşlıq və ya tərəfdaşlıq etdiyiniz insanlara təzyiq göstərməyə, çoxdan yaranmış münaqişəni dərhal çözmək cəhdləri heç bir nəticə verməyəcək. Olayların öz axarı ilə cərəyan etməsinə maneələr yaratmayın.

Əkizlər - səhih davranış modelini sevmək çətindir. Sizə yardım etmək istəyənlərlə sərt davranmayın. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə kiçik problemlər yarana bilər. Çətinliklərə sərt reaksiya münaqişəyə səbəb olacaq. İxtilaf və fikir ayrılıqlarının qarşıdurmaya səbəb olmasına rəvac verməyin. Heç bir səbəb olmadan aqressiv davranmayın.

Xərçəng - cari işləri yerinə yetirmək üçün əlverişli zamandır. Əyləncə və istirahət niyyətinə aldanaraq həllini tələb edən problemi qulaqardına vurmayın. Sizə maraqlı təsir bağışlayan işi birgə yerinə yetirmək üçün həmfikir və ya müttəfiq tapın. Evdə kiçik anlaşılmazlıqlar və çətinliklər ola bilər. Problemlərin öhdəsindən gələcəksiniz.

Şir - planlaşdırdığınız işin dərhal alınmaması sizi narahat etməməli, təlaşa salmamalıdır. Əsas məsələ təslim olmamaq, səbrlə, tədricən irəliləməkdir. Dostlar və yaxınlarınıza verdiyiniz vədləri, öhdəliklərinizi unutmayın. Öz maraqlarınız və başqalarının mənafeləri arasında seçim etməlisiniz. Ətrafınızdakı insanların fikrini mütləq nəzərə alın. Xudpəsənd, təşəxxüslü olmayın.

Qız - yaxşı, uğurlu və əlverişli gündür. Lakin ehtiyatlı olun, duruma nəzarət edin. Nəzərdə tutulmamış alış-verişdə bədxərclik etməyin. Xərcləri minimuma endirin. Yaxşı tanımadığınız insanların xoş sözlərinə rəğmən, onlara etibar etməyin. Məqsədə çatmaq üçün formalaşmış ənənələr çərçivəsindən və qaydalarından məngənəsindən çıxmaq gərəkdir. Bu, sizə xoş gəlməyə bilər.

Tərəzi - çətin və ya həddən artıq mürəkkəb olmasa da, xoşagəlməz nüanslar yaradacaq gündür. Problemlərin səbəbləri qeyri-stabil emosional fondadır. Sinirlənməyin, kiçik məsələlərə görə təbdən çıxmayın. İndiyədək əla münasibətlərinizin olduğu insanlarla kobud danışmayın. Günün ikinci yarısında fəaliyyət tempini bir qədər azaldın. Mühüm və çətin işlə bir qədər sonra məşğul olmaq mümkündür. Qarışıq hisslər sizi yoracaq.

Əqrəb - gərgin və çətin gündür. Lakin dostlar və yardımçıların köməyi ilə problemi həll edə bilərsiniz. Ötənlərə qayıtmaq, bir zamanlar kəsilmiş münasibətləri bərpa etmək istəyi yaranacaq. Amma unutmayın ki, səhvlərin təkrarlanmasına yol verməmək asan deyil. Problemlər daha ciddi formada geri qayıda bilər.

Oxatan - günün ilk yarısı həddən ziyadə uğurludur. Aktiv və enerjili olsanız, çox işlərin öhdəsindən gələ bilərsiniz. Mürəkkəb işlərə çəkinmədən başlayın. Uğursuzluq ehtimalı sizi qorxutmasın. Yaxın ətrafınızdakı insanlar sizə həvəslə yardım edəcəklər. Daşınmaz əmlak məsələsini həll etmək, alış-veriş etmək olar.

Oğlaq - arxanızdakı körpüləri yandıraraq məqsədə doğru maniakal qətiyyətlə irəliləməyin. Hədəfə çatmaq üçün sizə inanmayan müttəfiqlə vidalaşa bilərsiniz. İşgüzar münasibətlərdə dəyişikliklər edin. Nüfuzunuzu və mövqelərinizi gücləndirin. Bəzi hallarda ətrafınızdakı insanlara onlardan üstün olduğunuzu göstərə bilərsiniz.

Dolça - kiçik problemlər və çətinliklər olsa da, ümumən uğurlu gündür. Yaranan problemləri dərhal, təxirə salmadan həll etməyə çalışın. Həmfikir və dostların yardımlarından, dəstəyindən yararlana bilərsiniz. Amma birgə fəaliyyətlə müqayisədə müstəqil çalışmağınız daha çox effekt verə bilər.

Balıqlar - imkanlarınız və potensialınızın dürüst qiymətləndirilməsi sizi yanlışlıqdardan qoruyacaq. Əvvəlcə intuisiyanıza, sonra isə ətrafınızdakı insanların dediklərinə və mövqelərinə inansanız, müdrik addım atmış olarsınız. Kənardan absurd görünən addımlar ata bilərsiniz.
Print
თეგები: Ulduz fali Marneulifm Marneuli