Mövsümlə əlaqədar olaraq yayılan infeksion
xəstəliklər müalicə edilməsinə baxmayaraq heç cür keçib getməyən
öskürək bir çoxlarını narahat edir. Qıcıqlanma və qızartı verərək
gündəlik həyatı çətinləşdirən öskürəkdən qurtulmağı təbii yolları
da var.
Ev şəraitində hazırlana bilə boğaz ağrısı üçün
nəzərdə tutulan sorma konfet reseptini təqdim edirik:
Lazım olan
ərzaqlar:
1 stəkan şəkər tozu
Yarım stəkan su
1 yemək qaşığı limon
şirəsi
1 yemək qaşığı təbii
bal
1 çay qaşığı zəncəfil
tozu
1 çay qaşığı əzilmiş
mixək
Hazırlanması:
Sadalanan ərzaqların hamısını bir qaba töküb
qazın üstündə 15-20 dəqiqə birişin. Qaynayan kimi altını söndürüb
soyudun. Soyuduqdan sonra bir qaba yağlı kağız sərərək üzərinə
qaşıq vasitəsilə tökün və soyuducuya qoyun. Soyuduqdan sonra
çıxararaq üzərinə şəkər pudrası səpin.
Həm dadlı həm də
faydalı konfetlər hazırdır.
Mənbə: Milli.az