15 fevral üçün ulduz falı
Qoç - Emosional fon əlverişli deyil. Ən kiçik və xırda məsələyə görə əhvalınızı pozmayın. Ünsiyyətdə o qədər də xoş olmayan insanlarla təmaslar qaçılmazdır. Onlarla əsl münasibətinizi müvəqqəti də olsa, pərdələməyə çalışın. Gərəkli əşya itə bilər. Bu, sizi hədsiz dərəcədə qıcıqlandırır.

Buğa - Münaqişəli, gərgin gündür. Yaranan problemlərə əhəmiyyət verməməyə çalışsanız da, alınmır. Yaşananları ürəyinizə salmayın. Etibara layiq olmayan adama inanmayın. Əks təqdirdə fırıldaq və ya intriqa qurbanına çevrilərək əhəmiyyətli məbləğdə pul itirə bilərsiniz.

Əkizlər - Əsas diqqəti məişət qayğıları və şəxsi işlərin çözülməsinə yönəldin. Peşəkar fəaliyyət müstəvisində ciddi irəliləyişə bel bağlamağa dəyməz. İşiniz kommersiya ilə bağlıdırsa, ehtiyatlı olun. Xərclər olacaq. Böyük məbləğdə məsrəfi əvvəlcədən təxminləmək asan deyil.

Xərçəng - Yaşam potensialı səviyyəsi yüksəkdir. Eyni vaxtda bir neçə işlə məşğul olsanız da, çox yorulmayacaqsınız. Qeyri-standart düşünün, orijinal qərarlar qəbul edin. Belədə bir sıra problemləri sürətlə həll edə biləcəksiniz. Yeni tanışlıq, maraqlı insanlarla görüş olacaq.

Şir - Kiçik problemlərə rəğmən uğurlu gündür. Müsbət təmayüllərin təsiri güclü olduğundan ciddi pərişanlığa səbəb yoxdur. Sevinc önəmli və uzunmüddətlidir. İndiyədək öhdəsindən gələ bilmədiyiniz problemləri bu gün tezliklə həll etmək imkanlarınız var.

Qız - Bütün problemləri ani həll etmək iqtidarında olduğunuzu düşünərək yanılmayın. Əslində hər şey göründüyü kimi olmadığından tələsik, düşünülməmiş qərar qəbul etməyin. Dəvət aldığınız bütün tədbirlərə qatılmayın. Yaxşı tanımadığınız, bələd olmadığınız insanların yanında özünüzü narahat hiss edəcəksiniz.

Tərəzi - Günün ilk yarısı məhsuldar fəaliyyət üçün əlverişli gündür. Çətinliklər sizi qorxutmasın. Mürəkkəb, müşkül məsələnin həlli üzərində baş sındıra bilərsiniz. İşdə həmkarlar və rəhbərliklə fikir ayrılıqları yarana bilər. Amma az sonra onlar məntiqlə çıxış etdiyinizi anlayacaqlar.

Əqrəb - Emosional fon çox qeyri-stabildir. Bu isə durumu çətinləşdirir. Yalnız öz maraqlarınızı düşünməyin, təşəxxüslü və eqoist davranmayın. Vədlər və öhdəliklərinizi unutmayın. Genişmiqyaslı və ciddi işə başlamağa dəyməz. Bu işi başa çatdıra bilməyəcəksiniz.

Oxatan - Eksperimentlər aparın. Qəfil, gözlənilməz, cəsur ideyalar yaranır. Çətin olsa da, onların bəzilərini reallaşdırmağa çalışın. İndiyədək yalnız peşəkar fəaliyyət müstəvisində təmaslarınız olduğu insanla dostlaşa bilərsiniz.

Oğlaq - Ciddi və mühüm işə başlaya bilərsiniz. İntellektual potensial səviyyəniz yüksəkdir. Ətrafınızdakı insanları fikir və planlarınızın dərinliyi, məntiqi ilə heyrətləndirə bilərsiniz. İdeyalar çoxdur, amma onlar göründükləri təki yaxşı deyillər. İllüziyalara və xəyallara qapılmayın. Praktik, soyuqqanlı olun, praqmatik davranın.

Dolça - İmkanlar və şanslardan yararlanmağa çalışın. Adi günlərlə müqayisədə daha ətalətli və süst olmayın. Belə davranış əhvalınızı pozacaq, sizi dözülməz və qıcıqlı edəcək. Maliyyə vəsaiti ilə maksimal dərəcədə ehtiyatlı davranın. Gərəksiz əşyalar almayın, riskli anlaşmalara qatılmayın. Pullarınızla risk etməyin.

Balıqlar - Dostlar, həmfikirlər və müttəfiqlərlə ünsiyyətdə yeni fəaliyyət planı hazırlaya bilərsiniz. Problemlərinizin bir qismini çözmək üçün nüfuzlu şəxsdən kömək istəməkdən utanmayın. Lakin bilin ki, bu gün göstəriləcək xidmətlərə görə ətrafınızdakı insanlardan birinə sonradan "borc qaytarmalı" olacaqsınız.

Print
თეგები: Ulduz fali Marneulifm Marneuli