19 fevral tarixi üçün ulduz falı
Qoç - Çətin, mürəkkəb gündür. Problemlərin axını axşam saatlarına qədər davam edə bilər. Gözlənilməz dəyişikliklər və xəbərlər sürətlə bir-birini əvəzləyir. Ardıcıllıq yoxdur. Perspektiv istiqaməti seçin, irəliləyin və arxaya baxmayın.

Buğa - Köhnəlmə, usanma, təmir, profilaktika ilə bağlı mövzular yaranır. Səhhətinizə fikir verin. Yaşananlara ciddi münasibət bəsləyin. Nəyəsə nəzarəti itirdiyinizi hiss etdiyiniz məkanda və ya məqamda iradları sərtləşdirməyin.

Əkizlər - Önəmli gündür. Yaşanan olayları səhih dəyərləndirin. Alınan məlumatları təhlil edin, bundan sonrakı hərəkətlər üçün bazis formalaşdırın. Qayğılar xüsusi diqqət tələb edir.

Xərçəng - İmkan və potensialınızı olduğundan artıq dəyərləndirməyin. Situasiya təhlükəli hədd ərəfəsində olanda dayanın. Ambisiyalarınıza enerji qidası verməyin. Niyyətlərinizin reallaşdırılması üçün düşünülmüş ssenari yoxdursa, macəra aramayın.

Şir - Müstəqil və təkbaşına çalışmağa can atmayın. Belə davranış peşəkar fəaliyyət müstəvisində problemlər yaratmaqla yanaşı, münasibətlərdə sərinləşməyə səbəb ola bilər. Emosiyaları çılğınlıqla izhar etməyin. Hisslərinizə hakim olun. Problemlərin yeni həll variantlarını arayın.

Qız - Ayın ən qarışıq və çətin günlərindən biri olsa da, yenilənmə və bəzi asılılıqlardan azadlıq vəd edən zamandır. Keçilən mərhələ, münasibətlərdə və işdə yeni səviyyəyə keçid zərurəti ilə bağlı hiss yarana bilər.

Tərəzi - Yaşamınızda əvvəlki qaydada qalması mümkünsüz olan nəsnələr və məqamlar enerji israfı tələb edir. Daha ciddi və perspektivli iş görmək üçün nə iləsə vidalaşmalısınız. Çətindir, amma gərəkdir. Sizi həyəcanlandıran dəyişikliklərə praktik baxın. Maliyyə məsələlərində xüsusilə diqqətli olun.

Əqrəb - Bir qədər durun, ətrafınıza baxın. Yeni orientirlər seçə biləcəyiniz zamandır. Sizi qəfil informasiya və ya tamamilə yeni mövzuda, hadisədə iştirak zərurəti gözləyir.

Oxatan - Maliyyə əməliyyatları, hesaba pul yatırmaq, pul köçürmək və ya nə isə almaq məsləhət deyil. İmkan düşən kimi borcu qaytarın, münaqişələrdə barışıq mövqeyi tutun. Ziddiyyətlər düyününü sürətlə çözməyə çalışmayın.

Oğlaq - Hansısa hadisə və ya münaqişə ənənəvi davranışı dəyişə bilər. Rəqabət, hakimiyyət uğrunda mübarizə və dominion olmaq istəkləri güclənir. Gərginlik hiss olunan məqamda təşəxxüslü davranmayın. Yeni işə və ya layihəyə başlasanız, ətrafınızdakı insanların yaratdıqları problemlərlə qarşılaşa bilərsiniz.

Dolça - Sizin üçün mühüm mövzularda proseslərin intensivliyi artır. Mühüm vəziyyətin məzmunu ilə yanaşı, həmin prosesə münasibətiniz də dəyişə bilər. Özünüzü və yaxın ətrafınızdakı insanları önəmli məsələnin həllinə yönəltmək üçün qətiyyətli olmalısınız.

Balıqlar - Yığılmış gərginlik çıxış yolunu tapmalıdır. Yaxın ətrafınızdakı insanların davranışlarındakı ənənəvi, amma xoşagəlməz məqamlara sərt reaksiya verməyin.
Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google
დაიცავი დისტანცია