Məktəblərdə çin dilinin tədrisi 5-ci sinifdən başlayacaq
Məktəblərdə çin
dilinin tədrisi ehtimalla 2019-2020-ci tədris illərindən təsis
olunacaq.
İPN-ə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və
İdman Nazirliyindən verilən məlumata görə məktəbləri istədikləri
halda çin dili tədrisə ikinci xarici dil kimi daxil olunacaq.
Nazirliyin məlumatına görə hər bir ictimai məktəb 5-ci sinifdən çin
dilini xarici dil kimi seçə bilər.
“Çin dili ilə bağlı keçən il çalışmalara başlanıldı,
standartlar işlənildi. Artıq proqram da hazırlanıb. Bildiyiniz kimi
birinci sinifdən xarici dil olaraq məktəblərdə ingilis dilinin
tədrisi keçirilir, beçinci sinifdən çin dili ikinci xarici dil kimi
keçiriləcək. Məktəblər başqa Avropa dilləri ilə yanaşı istədikləri
halda çin dilini seçə biləcəklər” - İPN-ə Təhsil
Nazirliyindən bildiriblər.
Müəllimlərin hazırlanması ilə bağlı isə İPN-ə Müəllimlərin Peşəkar
Hazırlıq Mərkəzindən bildiriblər ki, hələlik Təhsil Nazirliyindən
ilkin mərhələdə neçə müəllimin hazırlanması və ya müəllimlərin
hazırlıq kursunun nə zaman başlayacağı ilə bağlı tapşırıq
almayıblar.
Məlumat üçün qeyd edək ki, Təhsil, Elm, Mədəniyyət və İdman naziri
Mixeil Batiaşvili və Gürcüstabda Çin Xalq Respublikasının səfiri
Dzi İançi Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman və Çin Xalq
Respublikasının səfiri arasında qarşılıqlı memorandum bir neçə gün
əvvəl imzalanıb. Memorandumun məqsədi Gürcüstanda çin dilin
məşhurlaşdırılması və dilin tədrisinə dəstək olmaqdır.