Məktəblərdə çin dilinin tədrisi 5-ci sinifdən başlayacaq
Məktəblərdə çin dilinin tədrisi ehtimalla 2019-2020-ci tədris illərindən təsis olunacaq. İPN-ə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən verilən məlumata görə məktəbləri istədikləri halda çin dili tədrisə ikinci xarici dil kimi daxil olunacaq.

Nazirliyin məlumatına görə hər bir ictimai məktəb 5-ci sinifdən çin dilini xarici dil kimi seçə bilər.

“Çin dili ilə bağlı keçən il çalışmalara başlanıldı, standartlar işlənildi. Artıq proqram da hazırlanıb. Bildiyiniz kimi birinci sinifdən xarici dil olaraq məktəblərdə ingilis dilinin tədrisi keçirilir, beçinci sinifdən çin dili ikinci xarici dil kimi keçiriləcək. Məktəblər başqa Avropa dilləri ilə yanaşı istədikləri halda çin dilini seçə biləcəklər” - İPN-ə Təhsil Nazirliyindən bildiriblər.

Müəllimlərin hazırlanması ilə bağlı isə İPN-ə Müəllimlərin Peşəkar Hazırlıq Mərkəzindən bildiriblər ki, hələlik Təhsil Nazirliyindən ilkin mərhələdə neçə müəllimin hazırlanması və ya müəllimlərin hazırlıq kursunun nə zaman başlayacağı ilə bağlı tapşırıq almayıblar.

Məlumat üçün qeyd edək ki, Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Batiaşvili və Gürcüstabda Çin Xalq Respublikasının səfiri Dzi İançi Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman və Çin Xalq Respublikasının səfiri arasında qarşılıqlı memorandum bir neçə gün əvvəl imzalanıb. Memorandumun məqsədi Gürcüstanda çin dilin məşhurlaşdırılması və dilin tədrisinə dəstək olmaqdır.

Mənbə: İnterPressNews
Print