Aşiq olanlar niyə kökəlir? – Alman alimləri cavab verir
Almanlar sevgi ilə bağlı deyimə elmi tərəfdən
yanaşıblar. Müəyyənləşdirməyə çalışıblar ki, doğrudanmı ürəyə yol
mədədən keçir?
Araşdırmanın nəticələri Almaniyanın məşhur "Der Spiegel" jurnalında
nəşr olunub.
Axı başqa bir deyim də var ki, sevən insanlar adi hava ilə də
qidalanıb doya bilirlər. Sevən insanlarda feniletilamin hormonu
daha çox olur ki, bu da iştahın qarşısını alır.
Uzunmüddətli münasibətlərdə isə hər şey başqa cür görünür:
araşdırmalar göstərib ki, yeni münasibətə başlayanlar tənhalarla
müqayisədə daha çəkili olurlar. Çoxdan harmonik münasibətdə olanlar
isə öz partnyoru ilə problem yaşayanlardan daha yaxşı
görünürlər.
"Ola bilər ki, bu, xoşbəxt münasibətlərdə rəqabətin azalmasıyla
bağlıdır. Sevəndə orqanizmin fəaliyyəti həm də cinsi hormonlarla -
testosteron və estrogenlə tənzimlənir. Onlar əsasən, stressin
təsirilə önə çıxaraq, bizim mədə-bağırsaq sistemimizi
qıcıqlandırmağa başlayır. Partnyora baxanda xoşbəxtlik hormonları
ilə birlikdə adrenalin vurulmaq hissini yaradır",- Regensburq
universiteti klinikasının ekspertləri bu fikirdədir.
Sevginin gözü kordurmu? Regensburq universitetinin psixosomatik
təbabət şöbəsinin rəhbəri Tomas Lev deyir ki, vurulmaq hissi
beyində dofamin sayəsində yaranır. İnsan əşyaların müəyyən
düzülüşünün doğruluğuna əmin olanda heç bir arqumentə ehtiyac
duymur. Belə hal məhz sevginin yaranması dövründə müşahidə olunur.
Təxminən altı həftə belə davam edir. "Sevdiyiniz adamın səhvlərini
görə bilmirsiniz" - məqalədə belə yazılıb.
Mənbə:
Milli.az