Tbilisidə zonal-saatlıq parkinq iyul ayından qüvəyə minəcək
Tbilisi meri Kaxa Kaladzenin məlumtına görə zonal-saatlıq parkinq üzrə pilot rejim iyuldan qüvvəyə minəcək. Parkinqin bu növü zona və vaxta əsasən fərqli qiyməti nəzərdə tutur və ilk əvvəl Kote Apxazava küçəsində olacaq, sonra isə başqa küçələri də əhatə edəcək.

“İlk mərhələdə pilot model şəklində bir iyuldan bir neçə küçədə qüvvəyə minəcək. Yeni qaydaya əsasən parkinqin dəyəri saatlıq müəyyən ediləcək və onun qədəri zonalara əsasən fərqli olacaq. Bununla bağlı bələdiyyə məclisləri ilə əlavə müzakirə aparacağıq.

Bu qaydanın aid olacağı ilk areal: Kote Apxazava, keçmiş Leselidze küçəsi və onun ətraf əraziləri. Həmin vaxt bələdiyyə müxtəlif arealda çalışmağa davam edəcək. Məsələn, hazırda Saburtaloda çalışmalar gedir ki, pilot rejimdə bu layihə burada da tətbiq olunsun”
- Kaxa Kaladze deyir.

Onun sözlərinə görə, parkinqin bu qaydası yaşayış yerinin ətrafında park edilmiş nəqliyyat vasitəsinə, eləcə də elektrik mühərrikli maşınlara və fiziki imkanları məhdud olan şəxslərə aid olan avtomobillərə tətbiq olunmayacaq.

“Belə ki, bütün maşınlar gündə 4 pulsuz 15 dəqiqəlik parkinqlə təmin olunacaqlar. Hər hansı vətəndaş gündə 4 dəfə pulsuz parkinq edə biləcək. Ona görə ki, elə hallar olur adamın 5 dəqiqəlik işi olur və ona maşından düşmək lazım olur” – Kaladze deyir.

Onun sözlərinə görə dəyəri ödəmək mobil applikasiya və küçədə motaj edilmiş ödəmə aparatı ilə olacaq. Gələn məbləğ isə Tbilisinin nəqliyyat şirkətinin ictimai nəqliyyatının vəziyyətinin yaxşılaşdırılmasına istifadə ediləcək.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google