Tbilisidə zonal-saatlıq parkinq iyul ayından qüvəyə minəcək
14:20 / 20.02.2019
Tbilisi meri
Kaxa Kaladzenin məlumtına görə zonal-saatlıq parkinq üzrə pilot
rejim iyuldan qüvvəyə minəcək.
Parkinqin bu növü zona və vaxta əsasən fərqli
qiyməti nəzərdə tutur və ilk əvvəl Kote Apxazava küçəsində olacaq,
sonra isə başqa küçələri də əhatə edəcək.
“İlk mərhələdə pilot model şəklində bir iyuldan bir
neçə küçədə qüvvəyə minəcək. Yeni qaydaya əsasən parkinqin dəyəri
saatlıq müəyyən ediləcək və onun qədəri zonalara əsasən fərqli
olacaq. Bununla bağlı bələdiyyə məclisləri ilə əlavə müzakirə
aparacağıq.
Bu qaydanın aid olacağı ilk areal: Kote Apxazava, keçmiş Leselidze
küçəsi və onun ətraf əraziləri. Həmin vaxt bələdiyyə müxtəlif
arealda çalışmağa davam edəcək. Məsələn, hazırda Saburtaloda
çalışmalar gedir ki, pilot rejimdə bu layihə burada da tətbiq
olunsun” - Kaxa Kaladze deyir.
Onun sözlərinə görə, parkinqin bu qaydası yaşayış yerinin ətrafında
park edilmiş nəqliyyat vasitəsinə, eləcə də elektrik mühərrikli
maşınlara və fiziki imkanları məhdud olan şəxslərə aid olan
avtomobillərə tətbiq olunmayacaq.
“Belə ki, bütün maşınlar gündə 4 pulsuz 15 dəqiqəlik
parkinqlə təmin olunacaqlar. Hər hansı vətəndaş gündə 4 dəfə pulsuz
parkinq edə biləcək. Ona görə ki, elə hallar olur adamın 5
dəqiqəlik işi olur və ona maşından düşmək lazım olur”
– Kaladze deyir.
Onun sözlərinə görə dəyəri ödəmək mobil applikasiya və küçədə motaj
edilmiş ödəmə aparatı ilə olacaq. Gələn məbləğ isə Tbilisinin
nəqliyyat şirkətinin ictimai nəqliyyatının vəziyyətinin
yaxşılaşdırılmasına istifadə ediləcək.