Depressiya beyinin qocalması prosesini
sürətləndirir.
Bu barədə Yel
Universitetinin alimləri xəbərdar edirlər.
İlkin araşdırmalar göstərib ki, depressiyalı insanlarda beyin 10 il
tez qocalmağa başlayır. Belə ki, depressiyalı pasiyentlərdə beyinin
qocalması prosesi 40, digər insanlarda isə 50 yaşında başlayır.
Tədqiqatçıların fikrincə, bu araşdırmanın nəticəsi kişilərlə
müqayisədə depressiyadan iki dəfə artıq əziyyət çəkən qadınlarda
qocalıqla əlaqədar əqli zəifliyin inkişafının hansı səbəbdən 3 dəfə
çox olmasını anlamağa kömək edir.
Cəmi 10 nəfərin iştirak etdiyi ilkin araşdırmanın gələcəkdə daha
geniş şəkildə aparılması nəzərdə tutulub.
Mənbə:
Milli.az