Gürcüstan və Ermənistan hərbi sahədə əməkdaşlıq planına razılaşıblar
Erməni mediyasının məlumatına görə Ermənistan və Gürcüstanın Müdafiə nazirləri Davit Tonyan və Levan İzoriya Yerevanda 2019-cu ilin əməkdaşlıq proqramını imzalayıblar.

Bugünkü brifinqdə Ermənistanın müdafiə naziri Davit Tonyanın bildirdiyinə görə, görüş zamanı tərəflər müdafiə sahəsində olan beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Erməni mediyasının məlumatına görə, tərəflər əməkdaşlıq proqramı sənədini imzalayıblar. Sənəd 2010-cu ildən rəsmi olaraq imzalanır və hərbi təhsil, hərbi səhiyyə, hazırlıq, insan hüquqları və rüşvətlə mübarizə məsələləri ilə bağlı müxtəlif tədbirləri nəzərdə tutur.

“Qeyd etmək itəyirəm ki, yeni əməkdaşlıq istiqamətimiz var, nizamın inkişafı çərçivəsində gürcü tərəfi öz təcrübəsini erməni həmkarla bölüşməyə hazırdır” - erməni mediyası İzoriyaya sitat bildirib.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები