Diş məcunu seçərkən bunlara diqqət edin - 5 amil
Diş
məcunu seçərkən bir sıra amillərə diqqət edilməlidir. Əks halda
dişlərinizə, o cümlədən də sağlamlığınıza zərər vura
bilərsiniz.
"Marneuli" radiosu Medicina.az-a istinadən sizə düzgün diş məcunu
seçiminin qaydalarını açıqlayır:
1. Ftor tərkibli diş məcunu istifadə edin
Dişlərin üzərində olan mina təbəqəsi kristallardan ibarətdir. Bu
kristalların adı hidroksiapatitdir. Bu bakteriyalar kristalların
dağılmasına səbəb olaraq dişin mina təbəqəsini zədələyirlər. Ftor,
hidroksiapatit kristallarına birləşərək florapatit əmələ gətirir
ki, bu maddə bakteriyaların mina təbəqəsinə təsirini azaldır. Ftor
maddəsi dişləri qüvvətləndirən və çürüməsinin qarşısını alan aktiv
elementdir.
2. Dişləriniz həssasdırmı?
Dişin mina təbəqəsinin altında kanallardan ibarət dentin təbəqəsi
yerləşir. Müxtəlif səbəblərdən üzə çıxan dentin təbəqəsi soyuq,
isti, turş, şirin kimi qidalar səbəbindən qıcıqlanır və həssas
olur. Buna görə də həsasiyyət problem yaşayan xəstələr diş məcunu
seçimində diqqətli olmalıdırlar. Yaxşı olardı ki, çox nanəli və acı
dadlı məcunlardan uzaq durasınız. Yaxşı olardı ki, həssas dişlər
üçün nəzərdə tutulan məcunlardan istifadə edəsiniz. Onların
tərkibində olan ionlar üzə çıxan dentin kanallarını qapayaraq
həssaslığı aradan qaldırır.
3. Uşaqlar üçün məcun seçərkən diqqətli
olun
Uşaqlara diş fırçalamaq vərdişini kiçik yaşlardan formalaşdırmaq
lazımdır. Yaxşı olardı ki, özünüz dişlərinizi fırçalayaraq onlara
nümunə olun. Uşaqlar dişlərini fırçalayan zaman məcunu uda
bilərlər. Bu səbəbdən də onlara ftor səviyyəsi aşağı olan diş
məcunları alın.
4. Çalışın ki, ağ rəngli diş məcunlarından istifadə
edəsiniz
Damaqda olan hər hansı bir problem dişlər fırçalanarkən onların
qanamasından məlum olur. Rəngli diş məcunları isə qanın rəngini
itirə bilər. Buna görə də problemdən vaxtında xəbərdar olmaq üçün
ağ rəngli məcunlardan istifadə edin.
5. Ağardıcı məcunlara diqqət
Məcunun tərkibində olan hissəciklərin dişin səthini cızması onların
zədələnməsinə səbəb ola bilər. Bu isə daha sonralar özünü çürümə
kimi büruzə verəcəkdir. Buna görə də çalışın ki, tərkibində sərt
hissəciklər olmayan məcunlardan istifadə edəsiniz.