25 fevral üçün ulduz falı
Qoç
- daşınmaz əmlak, ailə büdcəsi ilə bağlı məsələləri həll edin.
Aktiv olun. Kimsədən yardım gözləməyin. Karyera müstəvisində
irəliləyiş ola bilər. Planlarınızı tədricən həyata keçirin.
Dediyiniz sözlərə fikir verin.
Buğa - ticarət və ya təhsil sahələrindən birində çalışırsınızsa,
təmkinli olun. Sizinlə aqressiv danışan insana elə həmin cür cavab
verməyin. Səbr yaxşı nəticələr vəd edir. Gün gərgin keçəcək.
Əkizlər - maliyyə məsələlərinin həlli üçün yaxşı vaxt deyil. Yeni
işə və ya layihəyə başlamayın. Aldığınız təkliflər ilk baxışdan
cazibədar və şirnikləndirici təsir bağışlasa da, əslində
zərərlidir. Risklərə aldanmayın. İntuisiyanıza güvənin.
Xərçəng - ünsiyyət, habelə yarımçıq işlərin başa çatdırılması üçün
yaxşı zamandır. Alicənab, qayğıkeş olun. Belədə yaxın ətrafınızdakı
insanların nəzərində nüfuzunuz artar. Yeni layihəyə başlamaq
fikriniz varsa, vaxtınızı boş işlərə sərf etməyin.
Şir - yaşananlara rəğmən bədbinliyə qapılmayın. Situasiyadakı qəfil
dəyişikliklər sizi təbdən çıxarmasın. Həyatın acılı, şirinli
olduğunu unutmayın. Təhsil və kommersiya ilə məşğulsunuzsa, ciddi
uğur istisna deyil. Səhhətinizin qeydinə qalın. Fiziki təmrinlərə
vaxt ayırın.
Qız - günün ilk yarısından etibarən fəal, enerjili olun. Emosional
yüksəliş istisna deyil. Problemlərin həllinə yaradıcı münasibət
sərgiləyin. Yaşam tonusunuzun səviyyəsi yüksək olacaq.
İntuisiyanıza güvənin.
Tərəzi - emosional davranış işlərinizə ağır zərbə vura bilər. Ev
işlərinə laqeyd yanaşmayın. Sıradan çıxmış avadanlığı təmir edin,
sınmış aləti və ya əşyanı əvəzləyin.
Əqrəb - çoxdan yığılıb qalmış problemlərin həlli və yarımçıq
işlərin başa çatdırılması üçün münasib zamandır. Dəf olunmaz
sayılan səddi qısa müddətdə keçə bilərsiniz. İşgüzar yazışmada
diqqətli olun. Qısamüddətli səfərə çıxmaq mümkündür.
Oxatan - daşınmaz əmlak və maliyyə məsələləri ilə məşğul olmaq üçün
yaxşı zamandır. Alış-verişə yollanmaq olar. Lakin bədxərclik
etməyin. Pulunuzun qədrini bilin. Şayiələrə, dedi-qodulara fikir
verməyin.
Oğlaq - yeni layihələrlə məşğul olmağa dəyməz. Maliyyə
məsələlərində ehtiyatlı olun. Sənədləşdirməni təxirə salın.
Mədəniyyət və incəsənətlə məşğulsunuzsa, aktiv olun. Yaradıcılıq
potensialınızdan bəhrələnin. Gələcək uğurların əsasını indi qoya
bilərsiniz.
Dolça - günün ilk yarısından etibarən atacağınız addımları diqqətlə
planlaşdırın. Mümkün riskləri hesablayın. Bəxtə güvənməyin.
Emosional durumunuz stabil deyil. İtkilər ola bilər.
Atdığınız addımları təhlil edin. Özünütənqiddə ifrata varmayın.
Balıqlar - yaradıcılıq, çıxışlar, kommunikasiyalar üçün yaxşı
zamandır. İşgüzar fəaliyyət müstəvisində canlanma ola bilər.
Müzakirələr aparmaq, müqavilələr və anlaşmalar imzalamaq,
planlaşdırma üçün pis vaxt deyil. Yaxın ətrafınızdakı insanlar
dediklərinizə qulaq asacaqlar.