Son zamanların ən çox müzakirə olunan
mövzularından biri də gündə neçə dəfə yemək yeməyin doğru
olmasıdır. Bəzi dietoloqlar tez-tez amma az miqdarda qidalanmanın
daha faydalı olduğunu, bəziləri isə əksinə gündə 3 dəfə
qidalanmanın doğru olduğunu bildirirlər.
Bundan 10 il əvvələ qədər tez-tez qidalanmanın
çəki azalmasına və maddələr mübadiləsinə yaxşı təsir etməsini əsas
götürərək gün ərzində 5-6 dəfə qidalanmağı məsləhət görürdülər.
Amma bir sıra araşdırmalarda tez-tez qidalanmağın leptin və insulin
müqavimətinə səbəb oluduğu məlum olub.
Qidalanma sayının azaldılması ilə bir dəfəyə bol
miqdarda qida qəbul edilir ki, bu da qidalaran daha yaxşı həzm
olunmasını və orqanizm tərəfindən mənimsənilməsini təmin
edir.
Bundan əlavə yemək arasında verilən uzun müddətli
məsafə qlükoza səviyyəsinin düşməsinə, qan təqyiqinin azalmasına,
ürək xəstəlikləri risqinin aşağı düşməsinə, xərçəng və yaşlanmağa
bağlı olan böyrək narahatlıqlarının aradan qaldırılmasına kömək
olur.
Gün ərzində səhər yeməyi yeməyə və ya nahar
etməyə vaxtınız yoxdursa bu hətta sizin üçün faydalı ola bilər.
Alimlərin fikrincə ən yaxşısı gün ərzində 2 dəfə
qidalanmaqdır. Burda əsas məqsəd uzun müddətli aclıq hissi
yaradaraq piylərin əridilməsini təmin etməkdir. Lakin qidalanma
zamanı yediyiniz yeməyin tərkibi çox əhəmiyyət daşıyır. Belə ki,
karbohidrat az, zülal bol olan qidalanma forması sizin
arıqlamağınıza kömək olacaq.
Amma bu cür qidalanma hər kəsə uyğun deyil. Burda
əsas məqsəd balanslaşdırılmış qidalanmaq və arıqlamaqdır. Lakin
əgər nahar arasında çox acırsınız və yemək zamanı həddən artıq
yağlı və karbohidratlı qidalar qəbul edisinizsə o zaman bu cür
qidalanma sizə görə deyil.