Avstraliyalı mühəndislər tərəfindən təqdim
edilmiş "SwagBot" adlı kənd təsərrüfatı robotu kompüter görmə
texnologiyasının köməyi ilə özü alaq otlarını tanıya və onları
herbisidlərlə çiləyə bilər.
"SwagBot" kənd təsərrüfatı robotu 2016-cı
ildən istifadə edilir, yenilənmiş qurğu özü alaq otlarını məhv edə
bilir. "SwagBot" robotunun tanıdığı alaq otlarının sayı barədə
dəqiq məlumat yoxdur. Qurğunun təsvirində deyilir ki, alqoritm
Cənubi Amerikada olan "Nassella trichotoma" adlı alaq otlarını
dəqiq tanıyır.
"SwagBot" robotu uzun fırlanan təkərləri olan
düzbucaqlı formasında hazırlanıb. Qurğu lidar, kamera və idarə
sisteminə malik antena ilə təchiz edilib. Bundan başqa, mərkəzi
hissənin altında herbisid tozlandırıcısından ibarət balon
yerləşir.