27 fevral üçün ulduz falı
Qoç - münasibətləri aydınlaşdırmaq üçün düşərli zaman deyil. Karyeranız, işiniz və ya kommersiya fəaliyyətinizin hansısa formada asılı olduğu insanlarla ehtiyatlı davranın. Elektron hesablaşmada, yazışmada ehtiyatlı olun. Səhvlərə yol verməyin.

Buğa - diqqətli və sayıq olun. Rasional addımlar atın. Yüz ölçün, bir biçin. İrəliyə doğru tələsmədən hərəkət edin. Heç nədə ifrata varmayın. Estetik səciyyəli məsələlər sizi çox narahat etməməlidir.

Əkizlər - ötənlərdəki uğursuzluqlar və şəxsi münasibətlərdəki problemlər əhvalınızı korlamasın. Özünüzü uğursuz insan saymayın. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Səhvlərinizi etiraf edin.

Xərçəng - aqressiv, sərt olmayın. Yaxın ətrafınızdakı insanlar qarşısında ifrat tələblər qoymayın. Təriflənmək, təqdir olunmaq istəyirsiniz. Belə hisslərə qapılmayın. Diqqət mərkəzində olmağa can atmayın.

Şir - hadisələrə təsir imkanlarına malik insanların fikri ideallarınızın əksi ola bilər. Xoşagəlməz məqamlar və mübahisələr var. Fəqət, heç bir halda seçdiyiniz yola şübhə etməyin. İndiyədək gərgin, qarışıq münasibətlərdə olduğunuz insanlardan biri yardım üçün müraciət edəcək. Aldanmayın.

Qız - çoxdan başladığınız işləri bitirmək üçün uğurlu zamandır. Ötənlərdəki addımlarınızı təhlil edin, yeni həll variantları və irəliləyiş vasitələrini nəzərdən keçirin. Maliyyə fonu yaxşı deyil. Sayıq olun. Yaxşı tanımadığınız insanlara günün ikinci yarısında güvənməyin. Sizi aldatmağa çalışacaqlar.

Tərəzi - ağır, ciddi işlər planlaşdırmayın. Uzaq yola çıxmayın. Bütün planları həyata keçirmək mümkün deyil. Mənasız cəhdlər, sadəcə, ifrat yorğunluq vəd edir. Bütün diqqəti cari işlərə yönəldin, qarşınıza kiçik məqsədlər qoyun. Başladığınız layihəni qüsursuz yerinə yetirməyə çalışın.

Əqrəb - baş verənlərə fərqli aspektdən baxmağa çalışın. Hadisələr arasında ilk baxışdan sezilməyən əlaqə və ya bağlılığı sezə bilərsiniz. Ciddi olun, həllini tələb edən problemlərə barmaqarası baxmayın. Diqqəti əsas məsələyə yönəldin.

Oxatan - qayğıların, problemlərin, müşküllərin çox olduğu gündür. Yaddan çıxardığınız və ya təxirə saldığınız məsələləri həll etməli olacaqsınız. İkinci dərəcəli məsələləri aktual hesab etməyin. Gümrah olun. Qətiyyətli və iradəli davranın.

Oğlaq - görüldən işlərdən narazılıq hissi yarana bilər. Yeni yüksəkliklər fəth etmək istəyirsinizsə, sizə mane olan sədləri aşın. İşlərdə optimal nəticəyə nail olmaq istəyirsinizsə, kənar təsir altında olmayın. Ruhdan düşməyin. Durumu real dəyərləndirin, perfeksionizmə qapılmayın. Vasvasılıq ziyandır.

Dolça - çoxdan bəri həllini tələb edən problemlərdən biri yenidən gündəmə gələcək. Sədlərlə maneələri sürətlə aradan qaldırmaq cəhdləri heç bir nəticə verməyəcək. Durumdan çıxış yolu tapmağa çalışın. Çətinliklər sizi qorxutmasın.

Balıqlar - günün ilk yarısından etibarən situasiya gərgin olacaq. Əsla nəzərdə tutulmamış hadisələr baş verə bilər. Dəstəyə, maddi və mənəvi yardıma ehtiyacınız var. Kimin əsl dost, kimin də sizdən sui-istifadə etməyə çalışan insan olduğunu araşdırın. Dostlarla tanışları ayırd edin.
Print
თეგები: Ulduz fali Marneulifm Marneuli