Görmənin yaxşı olması yalnız gəzmək, yemək
hazırlamaq, oxumaq kimi bir çox fəaliyyətlərin həyata keçməsi üçün
deyil, sağlam həyat yaşamaq üçündür. Gözlərin yaxşı görməsi üçün
müxtəlif eynəklərdən istifadə edilir və lazer əməliyyatları həyata
keçirilir. Amma bu görmənin yaxşılaşması üçün yeganə vasitə
deyil.
Bir çox insanlar
bədənlərini formada saxlamaq üçün müxtəlif çalışmalar və məşqlər
edir. Görmənin də yaxşılaşması üçün bir çox belə çalışma
vardır.
Bu
çalışmaları yerinə yetirdikdə isə göz əzələləri möhkəmlənir və
görmə yaxşılaşır. Göz və göz ətrafında müxtəlif cür əzələlər var.
Bu əzələlərin bir qismi gözlərdəki gərginliyi aradan qaldırır, bir
qismi isə görməni yaxşılaşdırır.
Bizim gözlərimizin hərəkətinə altı göz əzələsi nəzarət edir:
1. Medial düz əzələ - gözlərin buruna doğru hərəkətinə
nəzarət edir
2. Yan düz əzələ - gözlərin burunun əks tərəfinə doğru hərəkətinə
nəzarət edir
3. Aşağı düz əzələ - gözün aşağı doğru hərəkətinə nəzarət edir
4. Yuxarı düz əzələ - gözlərin burundan üst tərəfə baxmasına
nəzarət edir
5. Aşağı əyri əzələ - burundan gözün üst tərəfinə doğru baxmasına
nəzarət edir
6. Yuxarı əyri əzələ - gözün burunun üst hissəsinə baxmasına
nəzarət edir
Gözlərinizi nə qədər çox hərəkət etdirsəniz sizin üçün bir o qədər
faydalıdır. Gözlərin hərəkət etməsi qan dövranının yaxşılaşmasına,
göz və gözətrafı əzələ gücünün artmasına səbəb olur.
Görmənizin yaxşılaşmasını istəyirsinizsə, hər gün yüngül çalışmalar
edin. Bu çalışmaları davamlı olaraq təkrarlasanız o zaman görmə
qabiliyyətinizin yaxşılaşdığını hiss edəcəksiniz.
Mənbə:
Milli.az