6 mart üçün ulduz falı
Qoç - yaxın gələcəklə bağlı perspektivləri müəyyənləşdirin. Hadisələrdə gərginlik hiss olunsa da, emosiyalara qapılmayın. Düşünülməmiş, tələsik qərar verməyin. Can atdığınız sakitlik və harmoniyanı unudun.

Buğa - bu gün diqqət mərkəzində olmamağa çalşıın. Yaxın ətrafınızdakı insanlara yardım edin, qayğıkeş olun. Eqoist, təşəxxüslü insan təsiri bağışlamayın. İşdə rəhbərliyin tövsiyələrini səbrlə dinləyin.

Əkizlər - hadisələrlə zəngin gündür. Mövcud prosesdə yenidənqurma tələb edən nüansları diqqətdən qaçırmayın. Emosiyalarınıza nəzarət edin. Vəziyyət çox asanlıqla münaqişə yarada bilər. Baş verənləri heç bir səbəb olmadan dramatikləşdirməyin.

Xərçəng - mühüm işlərə başlamaq üçün günün ilk yarısı əlverişlidir. Önəmli görüşü və danışıqları təxirə salmayın. Yaradıcılın sizdə məmnunluq hissi yaradacaq. Sizi narahat edən məsələ ilə bağlı yaxınlarınızla müzakirələr apara bilərsiniz. Yaşamınıza yeni nüanslar əlavə edin.

Şir - müstəqil çalışmaq, təkbaşına fəaliyyət göstərmək niyyətiniz alınmaya bilər. Anlaşılmazlıqlar, münasibətlərdə qəfil dönüşlər istisna deyil. Hisslərinizə hakim olun. Düşündüklərinizi aktiv izhar etməyiniz mövcud situasiyadakı müvazinəti poza bilər.

Qız - işlərinizə ifrat maraq göstərən insanlardan çəkinin. Emosiyaların əsiri olmayın, cazibədar təkliflərə aldanmayın. İfrata varmaq səhhətinizə və maliyyə durumunuza zərbə vura bilər. Yaxın ətrafınızdakı insanları aldatmayın. Başladığınız işi diqqətlə, səliqə ilə görün. Dəqiq olun. Vədələşdiyiniz görüşə gecikməyin. Yollarda ehtiyatlı olun. Travma riski var.

Tərəzi - mürəkkəb, qarışıq gündür. Qeyri-müəyyənlik hissinin yaranması, niyyət və istəklərin xaosu istisna deyil. Ani maraqları təxirə salın, perspektivləri düşünün. Seçim çətinliyi mühüm işi bitirməyə mane olmamalıdır.

Əqrəb - günün ilk yarısındakı situasiya ciddi emosional laubələr və təbəddülatlar yarada bilər. Yaranan yeni imkanlardan istifadə edin. Şansı əldən buraxmayın. Xırda məsələlərlə məşğul olsanız, əsas işi başa vura bilməyəcəksiniz. Önəmli saydığınız planı gerçəkləşdirin.

Oxatan - yaradıcılıq impulsarı və enerji səviyyənizin yüksəlişini mövcud işlərdə ciddi islahatlara yönəldin. Danışıqlara, söhbətə çox vaxt sərf etməyin. İdeyalardan birini reallaşdırmaq olar. Günün ikinci yarısında cürətli, iradəli olun. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün gərəkli vasitələrin hamısından istifadə etmək olar. Sizi qayğılandıran məsələni çözmək üçün detallara fikir verin. Ambisiyaları azaldın. Bəzi nüanslarda ciddi irəliləyişlərə nail olmaq mümkündür.

Oğlaq - maliyyə məsələlərində irəliləyişlər ola bilər. Başqalarının problemlərinin həllinə başlayaraq öz çətinliklərinizi unutmayın. Bir yerdəki sədləri aradan qaldıranda başqa yerdə maneələrin yarandığını nəzərdən qaçırmayın. Pulunuzun qədrini bilin. Kimsənin təsiri altına düşməyin.

Dolça - günün ilk yarısında hadisələrin intensivliyi artacaq. Vəziyyətin məzmunu, aparıcı məqamları dəyişir. Yaşamınızda dəyişikliklər zamanıdır. Özünüzü və yaxın ətrafınızı ən önəmli məsələnin həllinə yönəltmək üçün qətiyyətli olmalısınız.

Balıqlar - hadisələr gözlənilən məcrada inkişaf edəcək. Yaxın ətrafınızdakı insanlarla münasibətlərin korlanmasına imkan verməmək üçün səbrli, təmkinli davranın. Situasiya gərginləşəcək. Ən kiçik səbəbdən, ilk baxışdan mənasız səbəbdən münaqişə yarana bilər. Planlarda və ya niyyətlərdə dəyişiklik etmək zamanıdır.

Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google