Xalq
təbabətində ən çox istifadə edilən və faydalı hesab edilən
bitkilərdən biri kəklikotudur.
Xüsusilə qış aylarında quru öskürək, boğaz ağrısı, bəlğəm
problemlərdən xilas olmağın ən effektiv üsullarından biri kəklikotu
çayıdır.
Kəklikotu
bitkisindən çay dəmləyib içmək bəlğəmdən xilas olmaq üçün ən yaxşı
üsuldur. Bitkinin 400-ə qədər növü var. Antioksidant tərkibli
olduğu üçün bu bitki orqanizmi onkoloji və ürək-damar
xəstəliklərindən qoruyur.
Dəmirin zəngin mənbəyi sayıldığına görə anemiya xəstələrinə də
məsləhət görülür.
Dəri, sinir xətəlikləri və əzələ spazmlarında geniş istifadə
olunur. Kəklikotu həm də nevrit, seboreyya dermotiti və qlossiti
zamanı çox xeyirlidir. Sidikqovucu təsirə də malik olan bu bitki,
orqanizmi qocalmadan qoruyur.
Kəklikotu həmçinin, sinə tutulmasına qarşı yaxşı mübarizə üsuludur.
Kəklikotunun tərkibindəki ən mühüm maddə uçucu efir yağlardır. Bu
yağlar qana qarışıb, bronxial əzələlərə təsir edərək ağrıları
azaldır, öskürək və yuxarı tənəffüs yolları iltihabında çayı da çox
təsirlidir.
Mənbə:Milli.az