Mobil telefonlar artıq bir neçə ildir ki,
həyatımızın ayrılmaz parçasına çevrilib və telefonlarla bağlı ən
böyük problemlərdən biri də batareya və enerji ilə bağlıdır. Bəs
batareya haqqında bildiyimiz bəzi məlumatlar həqiqətən
doğrudurmu?
Bu məqalədə batareya ilə bağlı olan və hamının demək olar bildiyi
məlumatların doğru olub olmadığını sizlərə çatdıracağıq.
1.Telefon enerji toplayarkən istifadə etmə, əlində
partlayar!
-Doğrudur buna inanan kütlə mövcuddur.Onlar həqiqətən elə bilirlər
ki, telefon enerji toplayan zaman ondan istifadə etmək
təhlükəlidir.Lakin texnologiyanın və şirkətlərin inkişafı o
səviyyəyə çatıb ki,artıq istehsal olunan telefonlar əlbətdə ki, bu
tip testləri keçdikdən sonra bazara çıxarırlır.Təbii ki, əgər siz
saxta adapterlərdən usb bağlayıcılardan istifadə edirsinizsə, o
zaman hər an təhlükə altındasınız və hər hansı partlayış heç də
sizi təəccübləndirməsin.
2.Telefonu bütün gecə enerjidə saxlamaq zərərlidir bu həm batareya
ömrünü azaldar həmdə yanğına səbəb ola bilər.
-Bu cür məsləhətlərlə də yəqin ki, tez-tez qarşılaşırsınız xüsusilə
valideynlər bunun əlehinədir. Müasir mobil telefonlar özləri
batareyanın dolmasını müəyyən edəcək funksiyalara sahibdirlər.Əgər
mobil teleonun batareyası tam dolu olarsa, bu zaman telefon
avtomatik olaraq batareyaya gələn enerjini dayandırır və bunun
nəticəsində batareya zərər görməmiş olur.Digər tərəfdən
mütəxəssislər bateryanın 40%-80% arasında saxlamağı məsləhət
görürlər bu batereya ömrü üçün faydalıdır.Bir daha qeyd edək ki,
əgər siz saxta məhsul və enerji toplayıcılardan istifadə edirsəniz
bu halların baş verməsi istisna deyil ən azından dünyada baş verən
hadisələrə nəzər salın .2 həftə əvvəl saxta enerji toplayıcı
istifadə edən şəxs enerji axınına məruz qalaraq həyatını
itirmişdir.
3.Telefonu enerjiyə taxmazdan əvvəl ilk növbədə batareyanın tam
boşalmasını gözləyin.
-Yəqin ki, bu cür məsləhətlərlə hamınız üzləşmisiz.Bu termin müasir
dövrdə istifadə olunan lityum-iyon batareyalar üçün keçərli deyil
və çox köhnə batareyalarda bundan istifdə olunurdu və həmin
məsləhət o dövrdən günümüzə qədər gəlib çatmışdır.
4.Telefonu ilk dəfə alanda 24 saat enerjidə
saxlayın.
-Yenə köhnə model nikel batareyalar üçün keçərili olan bir
məsləhət. 24 saat çox böyük rəqəmdir əslində köhnə batareyaları
belə 16 saat enerjidə saxlamaq kifayət edərdi.Ən yaxşısı isə ilk
2-3 günü davamlı olaraq istifadə etmək və enerji ilə qidalandırmaq
məsləhət görülərdi.Lakin müaris batareyalarda bu rəqəm 6
saatdır.İstehsalçı fərqi ilə isə bu rəqəm daha aşağılara
düşür.Texnologiyanın inkişafı artıq bir neçə saat və dəqiqəyə tam
dolmaq bacarığına sahib batereyaların istehsalına gətirib
çıxarıb.
5.Telefonun rəsmi istehsalçısı tərəfindən istehsal
olunmayan adapter və usb bağlayıcılardan istifadə
etməyin.
-Saxta,lisenziyasız məhsullar istisna olmaqla telefonunuzu başqa
model telefonların adapterləri ilə rahatlıqla enerji ilə təmin edə
bilərsiniz.Bu zaman sırf telefonun öz adapterinin üstünlyü ondadır
ki, məhz həmin adapterlə daha qısa zamanda enerji ilə batareyanı
təmin etmək olar.Yəni yuxarıda qeyd olunurki, telefonu yalnız və
yalnız öz adapteri ilə enerjiyə qoşun.Lakin qeyd edək ki,siz başqa
model telefonların adapterlərindən istifadə zamanı problemlə
üzləşməyəcəksiz yetər ki, istifadə etdiyiniz məhsul saxta və
lisenziyasız olmasın.Bu halda heç bir problem yaşanmaz.
6.USB vasitəsilə telefona enerji ötürmək batareyanın ömrünü
azaldır.
-Təbii ki,qeyd olunan fikir də yanlışdır.USB ilə enerji qidalanması
zamanı yeganə fərqli olan məqam USB daha aşağı amper istifadə
etdiyi üçün batareya gec dolur.Yəni,telefonunuzu kompüter
vasitəsilə rahatlıqla enerji ilə təmin edə bilərsiniz.Bu zaman
batareya daha az aşınar və əksinə batareyanıza ziyanı yox xeyri
olar.
7.Batareyanın yüksək temperaturda qızması
zərərlidir.
-Müsir lityum-iyon batareyaların qızması əslində normal haldır.En
sağlam istifadə batareyanı oraq temperaturunda saxlamaq və kəskin
temperatur dəyişikliyinə icazə verməməkdir.
Mənbə: Milli.az