Qoç - adi, sakit,
rəvan zamandır. Maraqlandığınız işlə məşğul ola bilərsiniz.
Yaxınlarınız sizdən ev işlərinə və ailə qayğılarına daha çox vaxt
ayırmağınızı istəyəcəklər. Yardım istəyənə kömək edin. Günün ikinci
yarısında köhnə əşyalardan və gərəksiz əlaqələrdən qurtulsanız,
stress, münaqişə riskini azalda bilərsiniz. Həyatınızda yeni
olaylar, insanlar olacaq. Unutmağa başladığınız insan sizə zəng
vuracaq.
Buğa - sürprizlər vəd edən zamandır. Yeni tanışlıq, köhnə
əlaqələrin bərpası olacaq. Çoxdan bəri gözlədiyiniz xəbəri alandan
sonra dərhal irəliləyişə başlayın. Başqalarının maraqlarını nəzərə
alaraq öz mənafelərinizi təmin edin. Günün ikinci yarısında
yalanlara və boş vədlərə aldanmayın. İntuisiyanız sizə hadisələrin
inkişaf məcrasında dürüst istiqamət seçməyə kömək edəcək.
Əkizlər - illüziyalara qapılmaynı, realist olun. İşgüzar
perspektivləri reallaşdırmaq üçün iradəli davranın. Kreativ insan
təsiri bağışlayın. Bəzi məsələlərin həlli ağır olsa da, onları
təxirə salmayın. Günün ikinci yarısında situasiyanı nəzərə alaraq
planlarda dəyişikliklər etmək olar. Sevdiyiniz insana yetərincə
vaxt ayırın. Yaxınlarınızdan biri diqqət və qayğı gözləyir.
Yeniliklərə hazır olun. Sağlam həyat tərzini seçin.
Xərçəng - məşğul olacağınız işi diqqətlə seçin. Yaxın ətrafınızdakı
insanları iradlar və tənqidlərlə hövsələdən çıxarmayın. İşlərinizi
başqalarına həvalə etməyin. Çox işləməli olacaqsınız.
Şir - şübhəli tədbirlərə və toplantılara qatılmayın.
Təfərrüatlarına bələd olmadığınız layihəyə pul yatırmayın. Ailə
üzvlərindən birinin təcili yardıma ehtiyacı var. Qohumların
məsləhətlərini dəyərləndirin. Günün ikinci yarısında depressiya
riski var. Ruhdan büşməmək, bədbinliyə qapılmamaq üçün bütün
diqqəti məşğul olduğunuz işə yönəldin. Alış-verişə yollanmaq
olar.
Qız - planlarınız və ideyalarınızın işlək olmasına fikir verin.
Tərəfdaşlarla şəriklər nə istədiyinizi yaxşı anlamadıqları üçün
sizi dəstəkləyə bilməyəcəklər. Hər şeyə rəğmən uğurlu əməkdaşlığa
can atın. Ümumi maraqlar əlverişli mühitin formalaşmasına təkan
verəcək.
Tərəzi - öz işinizlə məşğul olun, kənar proseslərə müdaxilə
etməyin. Emosiyalarınızı tarıma çəkəcək hadisənin yaşanması,
xəbərin alınması istisna deyid. Yaxın gələcəklə bağlı perspektivlər
baxımından maraqlı zamandır.
Əqrəb - tək qalmaq, müstəqil çalışmaq mümkün olmayacaq. Kollektiv
fəaliyyətdə xeyir var. Aradığınız məlumatı internetdə tapmaq olar.
Bloqlar və ya Facebook-dakı qruplara nəzər salın. İdeyalarla
planların praqmat, real olmasına can atın. Ən əlverişli ideyanı
gerçəkləşdirməyə başlayın. Zəruri hazırlıq prosesini təxirə
salmayın.
Oxatan - səmimi, nikbin və gülərüz olmağa çalışın. Yaxın
ətrafınızdakı insanlar bunu sezəcəklər. Maraqlı tanışlıqlar və yeni
əlaqələr zamandır. Sizi usandıran, mənfi emosiyaların yaranmasına
səbəb olan insanla təmasları kəsin.
Oğlaq - yaxşı perspektivlər vəd edən gündür. Yeni işlərə başlamaq,
səfər və ya səyahətə yollanmaq, danışıqlar aparmaq olar. Yeni
layihənin ilk baxışdan nəzərə çarpmayan şərtlərinə fikirin verin.
Şəxsi münasibətlərdə qəfil problemlərin yaranmasına imkan verməmək
üçün qarşılıqlı anlaşma olmalıdır. Kənar təsir altına düşməyin.
Aktiv olun, müstəqil çalışın. Köhnə əlaqələrdən yararlanaraq yeni
gəlir mənbələri əldə etmək olar.
Dolça - yaxşı, münasib gündür. Faydalı işlərlə məşğul olun.
Fəaliyyət arealını nizama salın. Əlavə yükdən qurtulun, yaşamınızı
bir qədər rahatlaşdırın. Hədiyyə almaqdansa hədiyyə vermək
yaxşıdır.
Balıqlar - işlərin həddən artıq olması sizi aqressivləşdirməsin.
Bəzi işləri etibar etdiyiniz insanlara tapşıra bilərsiniz.
Yaxınlarınıza yardım edin. Qayğıya ehtiyacı olanın sözünü yerə
salmayın.