8 mart üçün ulduz falı
Qoç - adi, sakit, rəvan zamandır. Maraqlandığınız işlə məşğul ola bilərsiniz. Yaxınlarınız sizdən ev işlərinə və ailə qayğılarına daha çox vaxt ayırmağınızı istəyəcəklər. Yardım istəyənə kömək edin. Günün ikinci yarısında köhnə əşyalardan və gərəksiz əlaqələrdən qurtulsanız, stress, münaqişə riskini azalda bilərsiniz. Həyatınızda yeni olaylar, insanlar olacaq. Unutmağa başladığınız insan sizə zəng vuracaq.

Buğa - sürprizlər vəd edən zamandır. Yeni tanışlıq, köhnə əlaqələrin bərpası olacaq. Çoxdan bəri gözlədiyiniz xəbəri alandan sonra dərhal irəliləyişə başlayın. Başqalarının maraqlarını nəzərə alaraq öz mənafelərinizi təmin edin. Günün ikinci yarısında yalanlara və boş vədlərə aldanmayın. İntuisiyanız sizə hadisələrin inkişaf məcrasında dürüst istiqamət seçməyə kömək edəcək.

Əkizlər - illüziyalara qapılmaynı, realist olun. İşgüzar perspektivləri reallaşdırmaq üçün iradəli davranın. Kreativ insan təsiri bağışlayın. Bəzi məsələlərin həlli ağır olsa da, onları təxirə salmayın. Günün ikinci yarısında situasiyanı nəzərə alaraq planlarda dəyişikliklər etmək olar. Sevdiyiniz insana yetərincə vaxt ayırın. Yaxınlarınızdan biri diqqət və qayğı gözləyir. Yeniliklərə hazır olun. Sağlam həyat tərzini seçin.

Xərçəng - məşğul olacağınız işi diqqətlə seçin. Yaxın ətrafınızdakı insanları iradlar və tənqidlərlə hövsələdən çıxarmayın. İşlərinizi başqalarına həvalə etməyin. Çox işləməli olacaqsınız.

Şir - şübhəli tədbirlərə və toplantılara qatılmayın. Təfərrüatlarına bələd olmadığınız layihəyə pul yatırmayın. Ailə üzvlərindən birinin təcili yardıma ehtiyacı var. Qohumların məsləhətlərini dəyərləndirin. Günün ikinci yarısında depressiya riski var. Ruhdan büşməmək, bədbinliyə qapılmamaq üçün bütün diqqəti məşğul olduğunuz işə yönəldin. Alış-verişə yollanmaq olar.

Qız - planlarınız və ideyalarınızın işlək olmasına fikir verin. Tərəfdaşlarla şəriklər nə istədiyinizi yaxşı anlamadıqları üçün sizi dəstəkləyə bilməyəcəklər. Hər şeyə rəğmən uğurlu əməkdaşlığa can atın. Ümumi maraqlar əlverişli mühitin formalaşmasına təkan verəcək.

Tərəzi - öz işinizlə məşğul olun, kənar proseslərə müdaxilə etməyin. Emosiyalarınızı tarıma çəkəcək hadisənin yaşanması, xəbərin alınması istisna deyid. Yaxın gələcəklə bağlı perspektivlər baxımından maraqlı zamandır.

Əqrəb - tək qalmaq, müstəqil çalışmaq mümkün olmayacaq. Kollektiv fəaliyyətdə xeyir var. Aradığınız məlumatı internetdə tapmaq olar. Bloqlar və ya Facebook-dakı qruplara nəzər salın. İdeyalarla planların praqmat, real olmasına can atın. Ən əlverişli ideyanı gerçəkləşdirməyə başlayın. Zəruri hazırlıq prosesini təxirə salmayın.

Oxatan - səmimi, nikbin və gülərüz olmağa çalışın. Yaxın ətrafınızdakı insanlar bunu sezəcəklər. Maraqlı tanışlıqlar və yeni əlaqələr zamandır. Sizi usandıran, mənfi emosiyaların yaranmasına səbəb olan insanla təmasları kəsin.

Oğlaq - yaxşı perspektivlər vəd edən gündür. Yeni işlərə başlamaq, səfər və ya səyahətə yollanmaq, danışıqlar aparmaq olar. Yeni layihənin ilk baxışdan nəzərə çarpmayan şərtlərinə fikirin verin. Şəxsi münasibətlərdə qəfil problemlərin yaranmasına imkan verməmək üçün qarşılıqlı anlaşma olmalıdır. Kənar təsir altına düşməyin. Aktiv olun, müstəqil çalışın. Köhnə əlaqələrdən yararlanaraq yeni gəlir mənbələri əldə etmək olar.

Dolça - yaxşı, münasib gündür. Faydalı işlərlə məşğul olun. Fəaliyyət arealını nizama salın. Əlavə yükdən qurtulun, yaşamınızı bir qədər rahatlaşdırın. Hədiyyə almaqdansa hədiyyə vermək yaxşıdır.

Balıqlar - işlərin həddən artıq olması sizi aqressivləşdirməsin. Bəzi işləri etibar etdiyiniz insanlara tapşıra bilərsiniz. Yaxınlarınıza yardım edin. Qayğıya ehtiyacı olanın sözünü yerə salmayın.
Print
თეგები: Ulduz fali Marneulifm Marneuli