9 mart üçün ulduz falı
Qoç
- situasiyalarda qəfil, əsla nəzərdə tutulmamış dəyişikliklər ola
bilər. Kölgəyə çəkilin, bir qədər sakit davranın. Ətrafınızda baş
verənləri diqqətlə müşahidə edin. Maraqlandığınız işdə uğurlar əldə
edə bilərsiniz.
Buğa - sizi təəccübləndirəcək çox hadisə olacaq. Arzuladığınız
işlərdən birinə başlamaq şansı yaranacaq. Fürsətdən yararlanın.
Qəfil hadisə əhvalınızı korlayaraq fəaliyyətinizi korlaya bilər.
İşlərdən biri gəlir və ya rəqiblərlə müqayisədə üstünlük vəd
edir.
Əkizlər - işgüzar danışıqlar, müzakirələr, bacarıqların nümayişi
üçün əlverişli zamandır. Emosional fonu kontrolda saxlayın.
Mübahisələrin konstruktiv məcrada olmasına çalışın.
Xərçəng - yolda ehtiyatlı olun. Nəqliyyat vasitəsilə ilə bağlı
problem, gecikmə, təxirəsalma ola bilər. Yaxın ətrafınızda baş
verən hadisələrin sayı artır. Sıx bağlı olmadığınız, amma
yaşamınızda müəyyən yer tutan insanlarla əlaqələrdə ehtiyatlı
davranın. Yaxın gələcəklə bağlı planlarınızda zəruri dəyişikliklər
edin.
Şir - çalışdığınız kollektiv və ya qrupda qapalı, ilk baxışdan
nəzərə çarpmayan təhlükə var. Sözlərinizə, dediklərinizə fikir
verin. Təmasları sizin üçün mühüm olan insanlarla münasibətləri
korlamayın.
Qız - günün ilk yarısındakı qeyri-müəyyənlik ciddi narahatlıq
yarada bilər. Ailə işləri və məişət qayğıları ilə bağlı durumdakı
çətinlikləri aradan qaldırın. Yaşam arealında qayda yaradın. Resurs
və ehtiyatlarınızı dəyərləndirin. Alış-veriş etmək olar.
Tərəzi - ətrafınızda baş verən hadisələrdə qarışıqlıq olsa da,
uğurlu gündür. Prosesləri diqqətlə müşahidə edərək çevik
tərpənsəniz, şansınızdan yararlana bilərsiniz. Yaxın saatlar
faydalı olacaq.
Əqrəb - rutin işlərdən yayınmayın. Yaxın ətrafınızdakı insanlar
sizə can atırlar. Amma təmaslar rahat və xoşagələn olmaya bilər.
Sizdən yardım istəyəcək, bir sıra problemlərin həllini sizə həvalə
etməyə çalışacaqlar. İnformasiya mübadiləsinə və məlumatların
paylaşmasına fikir verin.
Oxatan - yeni işlərə və mövzulara başlamağa tələsməyin. Əmin
olmadığınız məsələlərdə qəti qərar verməyin. Şanslardan
yararlanmağa çalışın. Zərurət yaranarsa, məsləhət və ya məşvərətə
başlamaq olar. Yaxın ətrafınızdakı insanlardan birinin sözlərinə
diqqətlə qulaq asın.
Oğlaq - kommersiyada, maliyyə məsələlərində maksimum dərəcədə
ehtiyatlı və sayıq olun. Alış-veriş üçün münasib zaman deyil. Bütün
detallara və təfərrüatlara bələd olandan sonra aktiv işə başlayın.
İşgüzar tərəfdaşlardan biri pulla bağlı sizə yalan danışa bilər.
Yalnız öz maliyyənizlə risk edin.
Dolça - mürəkkəb, qarışıq gündür. Ehtiyatlı olun, mənasız və
səbəbsiz risklər etməyin. Fəaliyyət prosesinizə emosiyalar nə qədər
çox müdaxilə edərsə, səhvlər və sapmalar bir o qədər çox olacaq.
Təmaslar üçün asan gün deyil. Danışıqlarda və müzakirələrdə
səsinizi qaldırmayın.
Balıqlar - yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdə
gərginlik yaranacaq. Kənardan təsirlərin artmasına hazır olun.
Mühüm informasiyanı, xəbərləri sizdən gizlədəcəklər. Situasiyanın
tələb etdiyi addımların ardıcıllığını intuisiyanız sizə
deyəcək.