9 mart üçün ulduz falı
Qoç - situasiyalarda qəfil, əsla nəzərdə tutulmamış dəyişikliklər ola bilər. Kölgəyə çəkilin, bir qədər sakit davranın. Ətrafınızda baş verənləri diqqətlə müşahidə edin. Maraqlandığınız işdə uğurlar əldə edə bilərsiniz.

Buğa - sizi təəccübləndirəcək çox hadisə olacaq. Arzuladığınız işlərdən birinə başlamaq şansı yaranacaq. Fürsətdən yararlanın. Qəfil hadisə əhvalınızı korlayaraq fəaliyyətinizi korlaya bilər. İşlərdən biri gəlir və ya rəqiblərlə müqayisədə üstünlük vəd edir.

Əkizlər - işgüzar danışıqlar, müzakirələr, bacarıqların nümayişi üçün əlverişli zamandır. Emosional fonu kontrolda saxlayın. Mübahisələrin konstruktiv məcrada olmasına çalışın.

Xərçəng - yolda ehtiyatlı olun. Nəqliyyat vasitəsilə ilə bağlı problem, gecikmə, təxirəsalma ola bilər. Yaxın ətrafınızda baş verən hadisələrin sayı artır. Sıx bağlı olmadığınız, amma yaşamınızda müəyyən yer tutan insanlarla əlaqələrdə ehtiyatlı davranın. Yaxın gələcəklə bağlı planlarınızda zəruri dəyişikliklər edin.

Şir - çalışdığınız kollektiv və ya qrupda qapalı, ilk baxışdan nəzərə çarpmayan təhlükə var. Sözlərinizə, dediklərinizə fikir verin. Təmasları sizin üçün mühüm olan insanlarla münasibətləri korlamayın.

Qız - günün ilk yarısındakı qeyri-müəyyənlik ciddi narahatlıq yarada bilər. Ailə işləri və məişət qayğıları ilə bağlı durumdakı çətinlikləri aradan qaldırın. Yaşam arealında qayda yaradın. Resurs və ehtiyatlarınızı dəyərləndirin. Alış-veriş etmək olar.

Tərəzi - ətrafınızda baş verən hadisələrdə qarışıqlıq olsa da, uğurlu gündür. Prosesləri diqqətlə müşahidə edərək çevik tərpənsəniz, şansınızdan yararlana bilərsiniz. Yaxın saatlar faydalı olacaq.

Əqrəb - rutin işlərdən yayınmayın. Yaxın ətrafınızdakı insanlar sizə can atırlar. Amma təmaslar rahat və xoşagələn olmaya bilər. Sizdən yardım istəyəcək, bir sıra problemlərin həllini sizə həvalə etməyə çalışacaqlar. İnformasiya mübadiləsinə və məlumatların paylaşmasına fikir verin.

Oxatan - yeni işlərə və mövzulara başlamağa tələsməyin. Əmin olmadığınız məsələlərdə qəti qərar verməyin. Şanslardan yararlanmağa çalışın. Zərurət yaranarsa, məsləhət və ya məşvərətə başlamaq olar. Yaxın ətrafınızdakı insanlardan birinin sözlərinə diqqətlə qulaq asın.

Oğlaq - kommersiyada, maliyyə məsələlərində maksimum dərəcədə ehtiyatlı və sayıq olun. Alış-veriş üçün münasib zaman deyil. Bütün detallara və təfərrüatlara bələd olandan sonra aktiv işə başlayın. İşgüzar tərəfdaşlardan biri pulla bağlı sizə yalan danışa bilər. Yalnız öz maliyyənizlə risk edin.

Dolça - mürəkkəb, qarışıq gündür. Ehtiyatlı olun, mənasız və səbəbsiz risklər etməyin. Fəaliyyət prosesinizə emosiyalar nə qədər çox müdaxilə edərsə, səhvlər və sapmalar bir o qədər çox olacaq. Təmaslar üçün asan gün deyil. Danışıqlarda və müzakirələrdə səsinizi qaldırmayın.

Balıqlar - yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdə gərginlik yaranacaq. Kənardan təsirlərin artmasına hazır olun. Mühüm informasiyanı, xəbərləri sizdən gizlədəcəklər. Situasiyanın tələb etdiyi addımların ardıcıllığını intuisiyanız sizə deyəcək.
Print
თეგები: Ulduz fali Marneulifm Marneuli