Ən faydalı içkilərin SİYAHISI
Məlum olduğu kimi
insan orqanizminin 70 faizi mayedən ibarətdir. Bu səbəbdən də
faydalı və təbii içkilər qəbul etmək çox faydalıdır. Qazlı su,
paketlənmiş şirə və yoqurtları unudun.
Ən faydalı içkilərin siyahısını təqdim edirik.
1.Su
Təmiz su içmək toksinləri bədəndən xaric etmək, mədə-bağırsaq
sisteminin normal işləməsi üçün, ürək və damarlar üçün çox
faydalıdır.
2.Mərcanı kompotu
Mərcanı kompotu hərarəti aşağı salır. Bu içkinin tərkibi C vitamini
ilə çox zəngindir. Toksinləri bədəndən xaric edir, aktivliyi
artırır, sidikqovucu effektə malikdir.
3.Nar şirəsi (təbii)
Nar şirəsi A, C və E vitaminləri ilə çox zəngindir. Bundan başqa
nar şirəsinin tərkibində sink, selen, fosfor, kalsium və dəmir var.
Hipertoniya və animiyadan əziyyət çəkənlərə faydalıdır. Ürək-damar
sistemini gücləndirir. Amma unutmaq lazım deyil ki, nar şirəsini
həddən artıq içmək olmaz.
4.Nanəli çay
Nanə həzmi yaxşılaşdırır, təzyiqi aşağı salır, mədə şirəsi ifrazını
stimullaşdırır, əsəbləri sakitləşdirir, yuxusuzluğa müsbət təsir
edir.
5.Kefir
Kefirin tərkibində xüsusi bakteriya və göbələklər var. Kefir qəbul
etmək immunitet sistemini möhkəmləndirir, mədə-bağırsaq sistemi
fəalliyətini normallaşdırır. Kefirin tərkibində maqnium, kalsium,
natrium, fosfor və selen var.
6.Alma şirəsi
Alma şirəsi böyrək, sidik kisəsi, qara ciyər və damarlar üçün
faydalıdır. Alma şirəsi bağırsaqların fəaliyyətinə müsbət təsir
edir, toksinləri xaric edir.
7.Çobanyastığı çayı
Antibakterial effektə malikdir, əsəbləri sakitləşdirir. Bu çay
bağırsağın normal mikroflorasını bərpa edir, ağrıkəsici effektə
sahibdir.
8.Kakao
Kakao qan təzyiqini normallaşdırır, ürək-damar sistemi
xəstəliklərinin yaranma riskini azaldır. Təbii antidepressant və
stimulyatordur. Tərkibi mikro elementlər və vitaminlərlə
zəngindir.
9.Qırmızı çaxır
Bu içki ürək və damarlar üçün çox faydalıdır, əla antioksidantdır.
Qırmızı çaxır xərçəng hüceyrələrinə qarşı mübarizə aparır. Amma
həddən artıq içmək olmaz. Gün ərzində 150 qram normaldır.
10.Pivə
Pivə çox faydalı bitkidir. Amma onu gün ərzində yarım litrdən çox
qəbul etmək olmaz. Bu əla sidikqovucu içki orqanizmdə maddələr
mübadiləsinə müsbət təsir edir.