Qoç - Günün ilk yarısında
bütün işləri əvvəlcədən planlaşdırmağa çalışmayın. İntuitiv hərəkət
etsəniz, ciddi reqlamentdən çıxaraq daha böyük və əhəmiyyətli
uğurlara nail ola bilərsiniz. Fəaliyyət azadlığı mütləqdir. Zəruri
saydığınız kimi hərəkət edin. Günün ikinci yarısında şəxsi
həyatınızda proseslər həddən artıq intensiv olacaq. Özünüzü pərişan
və tənha hiss etməyin. Psixoloji diskomforta
qapılmayın.
Buğa - Rəqibləri geridə qoyaraq irəliləmək şansları var. Şəxsi
münasibətlərdə də yeniliklər zamanıdır. Maliyyə əməliyyatları,
alış-veriş, yaradıcılıq üçün münasib zamandır.
Bir işi başa vurmamış digərinə başlamayın. Tələsmədən çalışın.
Mühüm məsələ ilə bağlı mövqelərinizin dəyişməsində qorxulu heç nə
yoxdur. Maliyyə ilə bağlı təklif alsanız, düşünülməmiş qərar qəbul
etməyin. Olayların cari fəaliyyətinizə təsir səviyyəsini
hesablayın.
Əkizlər - Ən müxtəlif işlərin yerinə yetirilməsi üçün münasib
zamandır. Özünüzdən bədgüman olmayın. Qüvvə və potensialınıza
şübhəniz olmasın. İndiyədək reallaşdırılmasını arzuladığınız
məsələni gerçəkləşdirməyə başlayın. İradəli olun, əsla və heç bir
halda geri çəkilməyin. Çoxdan bəri hazırladığınız planı həyata
keçirməyə başlayın. Günün ikinci yarısında ailədəki situasiya
stabil olacaq. Qarşılıqlı anlaşma daha aşkardır. Yaxınlarınız sizə
yardım etməyə hazırdırlar. Səhhətinizə fikir verin. Pəhriz barədə
düşünün.
Xərçəng - İşlərinizdə irəliləmək üçün rasional düşünün. Qərar qəbul
edəndə ön planda olmayın. Perspektivlər sizi təmin edirsə, işə
başlayın.
Fərdi qərarlarla müqayisədə kollektiv müzakirələr daha yaxşıdır.
Maraqlarınızın olduğu sahədə qarışıqlıq və anlaşılmazlıq yaratmaq
istəyən insan var. Təşəbbüskar davranın, amma düşünülməmiş qərarlar
verməyin.
Şir - Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə süni problemlər
yaratmayın. Rabitə vasitələri və ya texnikanın işində problemlər
yarana bilər. İşlərinizə qapılaraq ailə üzvlərinin xahişini
qulaqardına vurmayın. Öhdəlikləri unutmayın. Günün ikinci yarısında
şəxsi münasibətlərdə problemlər olmayacaq. Ailədə rəvan, həlim
münasibətləri qoruyun. Məişət qayğıları və problemlərdən tam
yayınmaq mümkün deyil. Amma nikbin olsanız, bütün problemlərin
öhdəsindən gələ bilərsiniz.
Qız - Uzaqdan yaxşı məsləhət alacaqsınız. Təmasları aktivləşdirin.
Təcrübənizi yaxın ətrafınızdakı insanlardan biri ilə paylaşa
bilərsiniz. Müxtəlif ağırlıqda və səviyyədəki problemlərin həllində
tələskənliyə yol verməyin. Təmirə başlamaq, yaşam arealını
yeniləmək olar. Ailə və məşiət qayğılarının aradan qaldırılması
üçün münasib zamandır.
Tərəzi - Ünsiyyət və fəaliyyət üçün daha geniş sahəyə ehtiyacınız
var. Uğurlarınızla qürrələnməyin, təvazökar olun.
İnformasiya ilə işləmək, müzakirələr, təcrübə mübadiləsi üçün yaxşı
zamandır.
Əqrəb - Maliyyə məsələləri xüsusi aktuallıq kəsb edəcək.
Sərmayələr, alış-veriş, bankdan kredit almaq üçün sərfəli zamandır.
Danışıqlarda mövqelərinizi qorumağa çalışın.
Özünüzü daha səbatlı, əmin və təhlükəsiz hiss etmək üçün
situasiyadakı yenilikləri nəzərdən qaçırmayın.
Oxatan - Şərtləri təhlil edin, situasiyadan istifadə edin. Sizə
dəyər verən insanın maraqlarını qulaqardına vurmayın. Yaxşı
tanıdığınız insanla əməkdaşlıq edin.
Peşəkar fəaliyyətdə ciddi irəliləyiş istəyirsinizsə, aktiv olun.
Günün ikinci yarısında yaşamınızı yaxşılaşdırmaq imkanlarını əldən
verməyin. Xırdalıqlara və detallara həddən artıq əhəmiyyət
verməyin. Danışıqlar və ya müzakirələr aparacağınız insanların
emosional durumunu nəzərə alın.
Oğlaq - Seçim qarşısında qalacaqsınız. Aldığınız təklifləri
tələsmədən dəyərləndirin. Zərurət yaranarsa, tələsin. Ətalət və
tənbəllik zamanı deyil. Problemlərin həllinin sınanmış metodları
işlək deyil. Yaşam göstərir ki, yeni variantların nəzərdən
keçirilməsi zamanı çatıb. Günün ikinci yarısında hadisələrə təsir
imkanlarına malik insandan dəstək alacaqsınız. Anlaşma və
müqavilələrdə gecikmələr ola bilər. İlkin nəticələri
möhkəmləndirin. Uğurlara nail olmağa çalışın.
Dolça - Günün ilk yarısında başladığınız işlərdə və təşəbbüslərdə
uğur qazana bilərsiniz. Kollektiv fəaliyyətdə xeyir var. İşlərin
qaydaya salınması, şəxsi münasibətlərin tənzimlənməsi üçün yaxşı
zamandır. Hadisələrə təsir imkanları böyük olan insanla aktiv
ünsiyyətdə olun. Günün ikinci yarısında xəbərlərə, sizə yaxın
insanların durumuna laqeyd qalmayın. Onlara üzləşdikləri
problemlərin həllində yardım edin. Situasiya uğursuz olsa da,
irəliləyiş əldə edə bilərsiniz.
Balıqlar - Əyləncə və istirahət fikirlərini təxirə salın. Çoxsaylı
problemlər yarana bilər. Planlaşdırdığınız bəzi tədbirləri və
işləri təxirə salmalı olacaqsınız. Səbrli və təmkinli olsanız,
situasiya sizi qıcıqlandırmayacaq.