14 mart üçün ulduz falı
Qoç - Günün ilk yarısında bütün işləri əvvəlcədən planlaşdırmağa çalışmayın. İntuitiv hərəkət etsəniz, ciddi reqlamentdən çıxaraq daha böyük və əhəmiyyətli uğurlara nail ola bilərsiniz. Fəaliyyət azadlığı mütləqdir. Zəruri saydığınız kimi hərəkət edin. Günün ikinci yarısında şəxsi həyatınızda proseslər həddən artıq intensiv olacaq. Özünüzü pərişan və tənha hiss etməyin. Psixoloji diskomforta qapılmayın.


Buğa - Rəqibləri geridə qoyaraq irəliləmək şansları var. Şəxsi münasibətlərdə də yeniliklər zamanıdır. Maliyyə əməliyyatları, alış-veriş, yaradıcılıq üçün münasib zamandır.
Bir işi başa vurmamış digərinə başlamayın. Tələsmədən çalışın. Mühüm məsələ ilə bağlı mövqelərinizin dəyişməsində qorxulu heç nə yoxdur. Maliyyə ilə bağlı təklif alsanız, düşünülməmiş qərar qəbul etməyin. Olayların cari fəaliyyətinizə təsir səviyyəsini hesablayın.

Əkizlər - Ən müxtəlif işlərin yerinə yetirilməsi üçün münasib zamandır. Özünüzdən bədgüman olmayın. Qüvvə və potensialınıza şübhəniz olmasın. İndiyədək reallaşdırılmasını arzuladığınız məsələni gerçəkləşdirməyə başlayın. İradəli olun, əsla və heç bir halda geri çəkilməyin. Çoxdan bəri hazırladığınız planı həyata keçirməyə başlayın. Günün ikinci yarısında ailədəki situasiya stabil olacaq. Qarşılıqlı anlaşma daha aşkardır. Yaxınlarınız sizə yardım etməyə hazırdırlar. Səhhətinizə fikir verin. Pəhriz barədə düşünün.

Xərçəng - İşlərinizdə irəliləmək üçün rasional düşünün. Qərar qəbul edəndə ön planda olmayın. Perspektivlər sizi təmin edirsə, işə başlayın.
Fərdi qərarlarla müqayisədə kollektiv müzakirələr daha yaxşıdır. Maraqlarınızın olduğu sahədə qarışıqlıq və anlaşılmazlıq yaratmaq istəyən insan var. Təşəbbüskar davranın, amma düşünülməmiş qərarlar verməyin.

Şir - Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə süni problemlər yaratmayın. Rabitə vasitələri və ya texnikanın işində problemlər yarana bilər. İşlərinizə qapılaraq ailə üzvlərinin xahişini qulaqardına vurmayın. Öhdəlikləri unutmayın. Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər olmayacaq. Ailədə rəvan, həlim münasibətləri qoruyun. Məişət qayğıları və problemlərdən tam yayınmaq mümkün deyil. Amma nikbin olsanız, bütün problemlərin öhdəsindən gələ bilərsiniz.

Qız - Uzaqdan yaxşı məsləhət alacaqsınız. Təmasları aktivləşdirin. Təcrübənizi yaxın ətrafınızdakı insanlardan biri ilə paylaşa bilərsiniz. Müxtəlif ağırlıqda və səviyyədəki problemlərin həllində tələskənliyə yol verməyin. Təmirə başlamaq, yaşam arealını yeniləmək olar. Ailə və məşiət qayğılarının aradan qaldırılması üçün münasib zamandır.

Tərəzi - Ünsiyyət və fəaliyyət üçün daha geniş sahəyə ehtiyacınız var. Uğurlarınızla qürrələnməyin, təvazökar olun.
İnformasiya ilə işləmək, müzakirələr, təcrübə mübadiləsi üçün yaxşı zamandır.

Əqrəb - Maliyyə məsələləri xüsusi aktuallıq kəsb edəcək. Sərmayələr, alış-veriş, bankdan kredit almaq üçün sərfəli zamandır. Danışıqlarda mövqelərinizi qorumağa çalışın.
Özünüzü daha səbatlı, əmin və təhlükəsiz hiss etmək üçün situasiyadakı yenilikləri nəzərdən qaçırmayın.

Oxatan - Şərtləri təhlil edin, situasiyadan istifadə edin. Sizə dəyər verən insanın maraqlarını qulaqardına vurmayın. Yaxşı tanıdığınız insanla əməkdaşlıq edin.
Peşəkar fəaliyyətdə ciddi irəliləyiş istəyirsinizsə, aktiv olun. Günün ikinci yarısında yaşamınızı yaxşılaşdırmaq imkanlarını əldən verməyin. Xırdalıqlara və detallara həddən artıq əhəmiyyət verməyin. Danışıqlar və ya müzakirələr aparacağınız insanların emosional durumunu nəzərə alın.

Oğlaq - Seçim qarşısında qalacaqsınız. Aldığınız təklifləri tələsmədən dəyərləndirin. Zərurət yaranarsa, tələsin. Ətalət və tənbəllik zamanı deyil. Problemlərin həllinin sınanmış metodları işlək deyil. Yaşam göstərir ki, yeni variantların nəzərdən keçirilməsi zamanı çatıb. Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik insandan dəstək alacaqsınız. Anlaşma və müqavilələrdə gecikmələr ola bilər. İlkin nəticələri möhkəmləndirin. Uğurlara nail olmağa çalışın.

Dolça - Günün ilk yarısında başladığınız işlərdə və təşəbbüslərdə uğur qazana bilərsiniz. Kollektiv fəaliyyətdə xeyir var. İşlərin qaydaya salınması, şəxsi münasibətlərin tənzimlənməsi üçün yaxşı zamandır. Hadisələrə təsir imkanları böyük olan insanla aktiv ünsiyyətdə olun. Günün ikinci yarısında xəbərlərə, sizə yaxın insanların durumuna laqeyd qalmayın. Onlara üzləşdikləri problemlərin həllində yardım edin. Situasiya uğursuz olsa da, irəliləyiş əldə edə bilərsiniz.

Balıqlar - Əyləncə və istirahət fikirlərini təxirə salın. Çoxsaylı problemlər yarana bilər. Planlaşdırdığınız bəzi tədbirləri və işləri təxirə salmalı olacaqsınız. Səbrli və təmkinli olsanız, situasiya sizi qıcıqlandırmayacaq.

Print
თეგები: Marneulifm Marneuli